Tarix:29/10/15
Ötən rüb qlobal smartfon bazarında nəticələr «IDC»-nin proqnozundan (363,8 milyon aparat) bir qədər aşağı olub.
Mütəxəssislər bunu «iPhone»un tədarük göstəricilərinin gözlənildiyindən aşağı olması, həmçinin «Android» əsaslı bir çox yeni qabaqcıl modellərin qiymətinin istehlakçılar üçün cəlbedici olması ilə izah ediblər.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Samsung» şirkəti smartfon bazarında liderdir. Ötən rüb Cənubi Koreya nəhəngi 84.5 milyon smartfon tədarük edib. «Samsung»un bazar payı, demək olar, dəyişməyib və 23,8 faiz təşkil edib.
Yeni «iPhone» smartfonunun çıxarılması hesabına «Apple»ın bazar payı 22,2 faizə yaxınlaşıb. Yeni «iPhone 6S» və «6S Plus» modelləri ilə yanaşı, qurğunun əvvəlki versiyalarına («iPhone 5S», «6» və «6 Plus») tələbat yüksəkdir. Mütəxəssislər hesab edir ki, bahalı modeli möhlətlə satın almaq üçün şirkət tərəfindən tətbiq edilən «iPhone Upgrade» proqramı inkişaf etmiş bazarlarda «alma» cihazına tələbatı artırmaqda kömək edəcək.
Emil Hüseynov
2015-ci ilin üçüncü rübündə smartfonların dünya tədarükü 355 milyonu ötüb
«IDC» tədqiqat şirkətinin ilkin məlumatlarına əsasən, 2015-ci ilin üçüncü rübündə dünya bazarına 355,2 milyon smartfon tədarük edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz yüksəkdir.Ötən rüb qlobal smartfon bazarında nəticələr «IDC»-nin proqnozundan (363,8 milyon aparat) bir qədər aşağı olub.
Mütəxəssislər bunu «iPhone»un tədarük göstəricilərinin gözlənildiyindən aşağı olması, həmçinin «Android» əsaslı bir çox yeni qabaqcıl modellərin qiymətinin istehlakçılar üçün cəlbedici olması ilə izah ediblər.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Samsung» şirkəti smartfon bazarında liderdir. Ötən rüb Cənubi Koreya nəhəngi 84.5 milyon smartfon tədarük edib. «Samsung»un bazar payı, demək olar, dəyişməyib və 23,8 faiz təşkil edib.
Yeni «iPhone» smartfonunun çıxarılması hesabına «Apple»ın bazar payı 22,2 faizə yaxınlaşıb. Yeni «iPhone 6S» və «6S Plus» modelləri ilə yanaşı, qurğunun əvvəlki versiyalarına («iPhone 5S», «6» və «6 Plus») tələbat yüksəkdir. Mütəxəssislər hesab edir ki, bahalı modeli möhlətlə satın almaq üçün şirkət tərəfindən tətbiq edilən «iPhone Upgrade» proqramı inkişaf etmiş bazarlarda «alma» cihazına tələbatı artırmaqda kömək edəcək.
Emil Hüseynov
Baxış sayı: 496
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır