Tarix:29/10/15
Bu gün meteoroloqlar atmosferə radiodalğalar axını göndərən və əks edilmiş siqnallarla yağışlı yerlərin koordinatlarını, eləcə də onların istiqamətini və sürətini müəyyənləşdirməyə imkan verən hava radarlarından istifadə edirlər.
Bildirilir ki, “Wi-Fi” şəbəkəsi ilə məlumatların ötürülməsindən hər yerdə istifadə olunur. Qəbuledici, ötürücü və marşrutlayıcılar hava radarlarının işlədiyi eyni tezliklərdə işləyir. Nəticədə “Wi-Fi” qurğuları hava radarlarından əldə olunan məlumatları təhrif edirlər ki, bu da hava proqnozunun verilməsində səhvlərə yol açır.
Helsinki Meteorologiya İnstitutunun mütəxəssisi Elena Saltikoff bildirib ki, bir və ya iki maneəni radiolokasiya təsvirindən silmək mümkündür, lakin simsiz qarışan qurğuların sayının və gücünün artması bütün radarların təhlükə altına düşməsinə şərait yarada bilər. Belə maneələr tornado və ya güclü konvektiv sistemin yaxınlaşmasını gizlədə bilər və bizim bu barədə əvvəlcədən xəbərdarlıq edə bilməməyimizə gətirib çıxarar.
Alimin fikrincə, radiotezliklərin paylanması ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni mümkün qədər tez nəzarət altına götürməlidir. Problemə lazımınca diqqət yetirilməsə, bu, təbii fəlakətlərin qəfil baş verməsinə görə ciddi fəsadlara səbəb ola bilər, - "Hi-Tech.Mail.ru” yazır.
Meteoroloji səhvlər “Wi-Fi” şəbəkələrinə görə baş verir
ABŞ Meteorologiya Cəmiyyətinin üzvləri tədqiqat apararaq qeyri-dəqiq hava proqnozlarının verilməsinə səbəbin "Wi-Fi” şəbəkələrinin olmasını müəyyənləşdiriblər.Bu gün meteoroloqlar atmosferə radiodalğalar axını göndərən və əks edilmiş siqnallarla yağışlı yerlərin koordinatlarını, eləcə də onların istiqamətini və sürətini müəyyənləşdirməyə imkan verən hava radarlarından istifadə edirlər.
Bildirilir ki, “Wi-Fi” şəbəkəsi ilə məlumatların ötürülməsindən hər yerdə istifadə olunur. Qəbuledici, ötürücü və marşrutlayıcılar hava radarlarının işlədiyi eyni tezliklərdə işləyir. Nəticədə “Wi-Fi” qurğuları hava radarlarından əldə olunan məlumatları təhrif edirlər ki, bu da hava proqnozunun verilməsində səhvlərə yol açır.
Helsinki Meteorologiya İnstitutunun mütəxəssisi Elena Saltikoff bildirib ki, bir və ya iki maneəni radiolokasiya təsvirindən silmək mümkündür, lakin simsiz qarışan qurğuların sayının və gücünün artması bütün radarların təhlükə altına düşməsinə şərait yarada bilər. Belə maneələr tornado və ya güclü konvektiv sistemin yaxınlaşmasını gizlədə bilər və bizim bu barədə əvvəlcədən xəbərdarlıq edə bilməməyimizə gətirib çıxarar.
Alimin fikrincə, radiotezliklərin paylanması ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni mümkün qədər tez nəzarət altına götürməlidir. Problemə lazımınca diqqət yetirilməsə, bu, təbii fəlakətlərin qəfil baş verməsinə görə ciddi fəsadlara səbəb ola bilər, - "Hi-Tech.Mail.ru” yazır.
Baxış sayı: 763
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib