12px13px15px17px
Tarix:30/10/15

Ombudsman: “Azərbaycan seçki prosesində də informasiya-kommunikasiya texnologiyalarını geniş tətbiq edir”

"Azərbaycanda hər bir sahədə olduğu kimi, seçki prosesində də informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunur. Hazırda ölkədə seçki məntəqələri müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin edilib, veb-kameralar quraşdırılıb".
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 1 noyabr - Milli Məclisə keçiriləcək  seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan cənab Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söyləyib. Ombudsmanın sözlərinə görə, Azərbaycanda insan hüquqlarının qorunmasında İKT-nin imkanlarından istifadə olunur.
 
Ölkəmizdə seçki hüquqlarının  prioritet məsələ olduğunu, bu seçkilərin xalqımızın və müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malik olduğunu söyləyən ombudsman Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq iki Sərəncamının əhəmiyyətini, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını qonaqların diqqətinə çatdırıb.
 
 
O, müvəkkilin insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və  təmini sahəsində davamlı  fəaliyyət göstərdiyi,  MSK ilə sıx əməkdaşlıq  əlaqələri qurulduğu, seçki hüququ  ilə bağlı  birgə treninq-seminarların keçirildiyi, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işinin səmərəli olduğunu vurğulayıb.
 
E.Süleymanova bildirib ki, Ombudsman Aparatının əməkdaşları ötən dövrdə ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izləmiş, bu istiqamətdə müəyyən təcrübə qazanılmışdır. Ombudsman və əməkdaşları qarşıdakı seçki prosesində də müstəqil müşahidəçi qismində iştirak edəcəklər.
 
 
Qonaqların suallarını ətraflı cavablandıran müvəkkil insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ölkəmizin prioritet məsələlərindən olduğunu söyləyib.
 
Ombudsman Milli Preventiv Mexanizm (MPM) qismində müəyyən edildikdən sonra Milli Preventiv Qrupun (MPQ) yaradıldığı, tutulmuş və ya şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm olaraq başçəkmələrin, monitorinqlərin həyata keçirildiyini qeyd edib.
 
 
 
SEYMUR



Baxış sayı: 514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024