12px13px15px17px
Tarix:31/10/15

“Apple Watch” saatı “Viber” messencerini dəstəkləməyə başlayıb

“Apple Watch” smart saatı 600 milyon unikal istifadəçisi olan populyar “Viber” messencerini dəstəkləməyə başlayıb.
 
“Viber” istifadəçiləri smartfonu cibdən çıxarmadan “Apple Watch” vasitəsilə həmsöhbətlərinin tam siyahısından yararlana, alınan bildirişlərə baxa və tez onlara cavab verə biləcəklər. Vaxta qənaət məqsədilə əvvəlcədən quraşdırılan bildirişlər siyahısından cavablar seçmək təklif olunur.

Bura “Tezliklə olacağam”, “Bağışlayın, indi danışa bilmirəm”, “Çox gözəl səslənir” və s. kimi ifadələr daxildir. Bununla yanaşı, şəxsi bildirişlər yaradaraq onları saxlamaq mümkün olacaq ki, sonradan onlardan cavablarda istifadə edilsin, - "3DNewsyazır.




Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024