Tarix:31/10/15
İnformasiya sisteminin hazırlanması Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərara etdiyi dəyişikliklərlə bağlı olub.
Sabit operatorların istifadəsinə veriləcək informasiya sistemi yeni telefon çəkilişi zamanı ərizəçinin məlumatlarının sistemə düzgün işlənilməsini tam təmin edəcək. Bununla bağlı olaraq, sistem vasitəsilə istər vətəndaşlar, istərsə də hüquqi və fiziki şəxslər üçün telefon çəkilişi prosesi bütünlüklə elektronlaşdırılıb. Belə ki, ilkin olaraq sistemə işlənəcək abunəçi məlumatları İAMAS məlumat sistemi üzrə avtomatik formalaşdırılacaq, həmçinin, əl ilə qeyd olunması nəzərdə tutulmuş digər məlumatların tam məzmunlu işlənilməsi üçün də şərait yaradılıb. Sistem vasitəsilə abunəçi müqaviləsindən tutmuş, aktivləşdiriləcək servislərə qədər bütün detallar tam elektronlaşdırılıb. Xidmət “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, MHM-də sözügedən informasiya sisteminin sabit operatorların istismarına verilməsi ilə bağlı toplantı keçirilib və prosesin ssenarisi üzrə hazırlanmış prezentasiya toplantı iştirakçılarına nümayiş etdirilib. Toplantıda “TransEvroKom” MMC, “Catel” MMC, “Ultel” MMC və “Azərtelekom” MMC-nin nümayəndələri iştirak ediblər.
CAHANGİR
Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi zamanı tətbiq olunacaq informasiya sistemi istifadəyə veriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) rabitə vasitələrinin satışı və istifadəsi zamanı tətbiq olunacaq informasiya sistemini hazırlayıb.İnformasiya sisteminin hazırlanması Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərara etdiyi dəyişikliklərlə bağlı olub.
Sabit operatorların istifadəsinə veriləcək informasiya sistemi yeni telefon çəkilişi zamanı ərizəçinin məlumatlarının sistemə düzgün işlənilməsini tam təmin edəcək. Bununla bağlı olaraq, sistem vasitəsilə istər vətəndaşlar, istərsə də hüquqi və fiziki şəxslər üçün telefon çəkilişi prosesi bütünlüklə elektronlaşdırılıb. Belə ki, ilkin olaraq sistemə işlənəcək abunəçi məlumatları İAMAS məlumat sistemi üzrə avtomatik formalaşdırılacaq, həmçinin, əl ilə qeyd olunması nəzərdə tutulmuş digər məlumatların tam məzmunlu işlənilməsi üçün də şərait yaradılıb. Sistem vasitəsilə abunəçi müqaviləsindən tutmuş, aktivləşdiriləcək servislərə qədər bütün detallar tam elektronlaşdırılıb. Xidmət “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, MHM-də sözügedən informasiya sisteminin sabit operatorların istismarına verilməsi ilə bağlı toplantı keçirilib və prosesin ssenarisi üzrə hazırlanmış prezentasiya toplantı iştirakçılarına nümayiş etdirilib. Toplantıda “TransEvroKom” MMC, “Catel” MMC, “Ultel” MMC və “Azərtelekom” MMC-nin nümayəndələri iştirak ediblər.
CAHANGİR
Baxış sayı: 867
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı