12px13px15px17px
Tarix:02/11/15

Çin 2020-ci ildə superkollayderin tikintisi üzrə işlərə başlayacaq

Çin elementar hissəcikləri yüksək güclə qovaraq onların sürətini artıracaq dünyanın ən böyük kollayderinin inşası üzrə işlərə 2020-ci ildə başlayacaq. Bu barədə Çin Elmlər Akademiyasının Yüksək Enerji Fizikası İnstitutunun direktoru Van Yifan “China Daily” nəşrinə müsahibədə bildirib.

 
Çin kollayderi 2012-ci ildə Hiqqs bozonunu aşkar edən Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) Böyük Adron Kollayderindən (BAK) iki dəfə böyük olacaq.
 

Bildirilir ki, superkollayderin enerji gücü BAK-ın enerji imkanlarını yeddi dəfə üstələyəcək.

 
Çinin Sirkulyar Elektron-Pozitron Kollayderinin layihəsi qurğunun 50-100 km çevrədə tikintisini nəzərdə tutur. Sürətləndirici milyonlarla Hiqqs bozonu hissəciklərini generasiya edəcək ki, bu da onun xüsusiyyəti barədə daha dəqiq təsəvvür yaratmağa imkan verəcək.

 
Elektron-Pozitron Kollayderinin ölkənin şimalında Böyük Çin Səddinin başladığı Tsinxuandao şəhəri yaxınlığında inşası planlaşdırılır.

 
Məlumat üçün bildirək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur. 
    

Qurğu “CERN”-in rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində tikilib, - "Izvestia yazır.



Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024