Tarix:02/11/15
Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir. İT sektorunda azalma 4,8 faiz, biznes sektorunda 0,2 faiz təşkil edəcək. Bununla yanaşı, 2015-ci ildə valyuta məzənnələrinin dəyişməsi nəzərə alınaraq bazarın həcmi təxminən 3,9 faiz yüksəlib.
Analitiklər 2016-cı il üçün dollar hesablamasında da artımın bərpa olunacağını proqnozlaşdırırlar. Bazarın həcmi ümumilikdə 3,9 faiz artacaq (İT sektorunda 2,9 faiz, biznes sektorunda 6,1 faiz). Valyuta məzənnələrinin dəyişməsi Avropa, Yaxın Şərq, Afrika ölkələrinin, eləcə də Asiya-Sakit okean regionu bazarının həcminə öz təsirini göstərib. Burada bazarın həcmində müvafiq olaraq 11,1 və 2,9 faiz azalma qeydə alınıb. Bununla bərabər, Şimali və Cənubi Amerikada bazarın həcmi 1,8 faiz yüksəlib.
Analitiklərin proqnozlarına görə, 2016-cı ildə infrastruktur və biznes konsultasiya xidmətləri seqmenti daha yüksək templərlə artacaq (müvafiq olaraq 8,2 və 7,7 faiz). Analitiklər bunu gələcəkdə biznesdə “bulud” texnologiyalarının tətbiqinin genişlənməsinin əlaməti hesab edirlər. Lakin uzunmüddətli perspektivdə böyüklüyünə görə ən iri seqmentlər biznes prosesləri autsorsinqi və sistemli inteqrasiya qalacaq. Onların hər birinin həcmi 100 dolları ötür, - “Computerworld” yazır.
“IDC”: İT xidmətləri bazarının həcmi dolların möhkəmlənməsinə görə azalıb
Bu il dünya informasiya texnologiyaları və biznes xidmətləri bazarının həcmi pul ifadəsində (dollar hesablamasında) 3,4 faiz azalacaq.Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir. İT sektorunda azalma 4,8 faiz, biznes sektorunda 0,2 faiz təşkil edəcək. Bununla yanaşı, 2015-ci ildə valyuta məzənnələrinin dəyişməsi nəzərə alınaraq bazarın həcmi təxminən 3,9 faiz yüksəlib.
Analitiklər 2016-cı il üçün dollar hesablamasında da artımın bərpa olunacağını proqnozlaşdırırlar. Bazarın həcmi ümumilikdə 3,9 faiz artacaq (İT sektorunda 2,9 faiz, biznes sektorunda 6,1 faiz). Valyuta məzənnələrinin dəyişməsi Avropa, Yaxın Şərq, Afrika ölkələrinin, eləcə də Asiya-Sakit okean regionu bazarının həcminə öz təsirini göstərib. Burada bazarın həcmində müvafiq olaraq 11,1 və 2,9 faiz azalma qeydə alınıb. Bununla bərabər, Şimali və Cənubi Amerikada bazarın həcmi 1,8 faiz yüksəlib.
Analitiklərin proqnozlarına görə, 2016-cı ildə infrastruktur və biznes konsultasiya xidmətləri seqmenti daha yüksək templərlə artacaq (müvafiq olaraq 8,2 və 7,7 faiz). Analitiklər bunu gələcəkdə biznesdə “bulud” texnologiyalarının tətbiqinin genişlənməsinin əlaməti hesab edirlər. Lakin uzunmüddətli perspektivdə böyüklüyünə görə ən iri seqmentlər biznes prosesləri autsorsinqi və sistemli inteqrasiya qalacaq. Onların hər birinin həcmi 100 dolları ötür, - “Computerworld” yazır.
Baxış sayı: 634
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır