12px13px15px17px
Tarix:02/11/15

Cenevrədə Ümumdünya Radiorabitə Konfransı işə başlayıb

Bu gün Cenevrədə noyabrın 27-dək davam edəcək Ümumdünya Radiorabitə Konfransı (ÜRK) işə başlayır.


"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), Dövlət Radiotezliklər İdarəsinin və Teleradio İstehsalat Birliyinin əməkdaşlarından  ibarət nümayəndə heyəti təmsil edir.

 
 32 bənddən ibarət olan gündəlik üzrə bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 7 təklif hazırlanıb. Bu təkliflərdən üçü  Regional Rabitə Birliyi  ilə, biri CEPT-lə birgə, üçü isə tək Azərbaycan adından verilib.
 
Tədbir çərçivəsində ənənəvi olaraq radiotezliklərin beynəlxalq səviyyədə ayrılması, yeni radiotexnologiyaların tətbiqi və onlara  tezliklərin ayrılması, müxtəlif radiotexnologiyaların qarşılıqlı maneəsiz istismarının texniki xüsusiyyətləri (məsələn, rəqəmli TV və mobil rabitə), sərhəd ərazisində qonşu ölkələr arasında tezlik siqnallarının razılaşdırılmasının texniki şərtləri, peyk şəbəkələrinin istismarı və  qeydiyyatın prosedur qaydaları müzakirə olunacaq.
 
Konfransların  keçirilməsinin əsas məqsədi əvvəlki konfranslardan keçən dövr ərzində yeni radiotexnologiyaların tətbiqi üçün tezliklərin ayrılmasına baxılması və əldə olunmuş qərarlara əsasən Radioreqlamentə əlavə və düzəlişlərin edilməsidir.


Qeyd edək ki, Ümumdünya Radiorabitə Konfransı  Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər 4 ildən bir keçirilir və sonuncu belə konfrans 2012-ci ildə Cenevrə şəhərində baş tutub.
 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024