12px13px15px17px
Tarix:03/11/15

DSMF-nin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən istifadə sayı artıb

2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata  əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.
 
 
Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
 
 
Fonddan bildirilib ki, DSMF-də vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azalıb.
 
 
SEYMUR



Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024