12px13px15px17px
Tarix:03/11/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “E-gov identity” xidmətini işə saldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron hökumət” portalında “E-Gov mobil identifikasiya vasitəsi” elektron xidmətini istifadəyə verib.
 
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, “E-Gov mobil identifikası vasitəsi” - “E-gov identity” sistemə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə FİN-i tanıma rolunu oynayır.
 
“Elektron hökumət” portalına girişi təmin etmək üçün sadələşdirilmiş autentifikasiya vasitələrindən hər hansı birindən istifadə edərək vətəndaş portala daxil olaraq yaradılmış xidmət vasitəsi ilə “e-identity”yə qoşula bilər.
 
Bu zaman vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər “Elektron hökumət” portalına, istərsə də xidmətin inteqrasiya edildiyi digər portallara giriş əldə edə biləcək.
 
Portala daxil olan vətəndaş hazırlanmış interfeysdən istifadə edərək adına olan mobil telefon nömrəsini FİN-ə qoşaraq prosesi tamamlamış olacaq. Bunun üçün SMS vasitəsilə aktivasiya edərək təyin edilmiş identifikasiya kodunu əldə edəcək.
 
Bundan sonra vətəndaş “E-gov identity”  identifikasiya istifadə edilən bütün sistemlərdən rahat istifadə edə bilər.
 
CAHANGİR



Baxış sayı: 1164

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024