12px13px15px17px
Tarix:04/11/15

Qatarda «Wi-Fi» işləmədiyi halda britaniyalıların pulu geri qaytarılacaq

Britaniya hökumətinin yeni planına əsasən, sərnişinlər getdiyi qatarda internet qoşulmanın işləmədiyi halda biletin dəyərinin qaytarılmasını tələb edə bilərlər.
 
 
«ICTnews.az» saytı «euromag.ru» saytına istinadən yazır ki, Britaniyanın dəmir yolunda üzərində «Wi-Fi» nişanı olan qatarla səyahət edən istənilən şəxs simsiz internet qoşulmadan istifadə edə bilmədiyi halda gediş haqqı üçün ödədiyi məbləği geri qaytarmağı tələb edə bilər.
 
 
Bundan başqa, vaqonda boş yer tapa bilməyən birinci dərəcəli sərnişinlər, həmçinin  gediş haqqı üçün ödədiyi məbləği geri qaytarmağı tələb edə bilər.
 
 
Nəqliyyat departamenti gələn ilin aprelində yeni reqlamentin tətbiqini planlaşdırır.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024