12px13px15px17px
Tarix:04/11/15

Akademik Əli Abbasov Ukraynanın beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib

Azərbaycan alimləri tərəfindən aparılan tədqiqatlar, əldə olunan yeni nəticələr beynəlxalq elmi mühit tərəfindən getdikcə daha ciddi şəkildə qəbul edilməkdədir.


Ukrayna Milli Elmlər Akademiyasından bildirilib ki,  rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Ukrayna Milli Elmlər Akademiyasının Qluşkov adına Kibernetika İnstitutunda dərc olunan "İdarəetmə sistemləri və maşınları" (Управляющие системы и машины) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.
 
 
Əsası 1972-ci ildə tanınmış alim, akademik V.M.Qluşkov tərəfindən qoyulmuş bu beynəlxalq elmi jurnal informatika, informasiya texnologiyaları və iqtisadi riyazi modelləşdirmə sahəsində yüksək elmi səviyyəyə malik nəzəri və tətbiqi aspektlərlə bağlı orijinal elmi araşdırmaları əhatə edir və bu sahədə dünyanın tanınmış nəşrlərindən sayılır:
 
"Ümid edirik ki, "Управляющие системы и машины" jurnalı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun birgə təsisçiliyi ilə yaradılmış "Applied and Computational Mathematics" beynəlxalq jurnalı arasında əməkdaşlıq əlaqələrinin yaranması beynəlxalq aləmdə hər iki jurnalın reytinqinin yüksəlməsində müəyyən mənada mühüm rol oynayacaq"- deyə Azərbaycan Milli Elmlər Akademiyasından qeyd edilib.
 



Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024