12px13px15px17px
Tarix:05/11/15

Dünyanın ən nüfuzlu insanları bəlli olub

ABŞ-ın «Forbes» nəşri 4 noyabr tarixində dünyanın ən nüfuzlu insanlarının illik reytinqini dərc edib. 73 pillədən ibarət reytinqdə üçüncü dəfə ardıcıl Rusiya prezidenti Vladimir Putin liderdir. İlk üçlükdə, həmçinin Almaniyanın kansleri Angela Merkel və ABŞ prezidenti Barak Obama yer alıblar.
 
 
«Microsoft» korporasiyasının həmtəsisçisi Bill Qeyts reytinqdə 6-cı pilləni tutub. 40 il əvvəl Qeyts dostu Pol Allenlə birgə «Microsoft» şirkətini təsis ediblər. Məqsəd kompüteri hər bir evə gətirmək olub. İndi amerikalıların 84 faizinin evində kompüter var. 15 il əvvəl Bill və Melinda Qeyts sosial bərabərsizliyi aradan qaldırmaq üçün nəzərdə tutulmuş xeyriyyəçilik fondu yaradıblar və artıq fonda 30 milyard dollardan çox vəsait yatırılıb.
 
 
«Google»un həmtəsisçisi Larri Peyc isə reytinqdə 10-cu pillədə qərarlaşıb. Larri 1998-ci ildə Serqey Brinlə «Google» şirkətini təsis edib və 2001-ci ilədək şirkətin baş direktoru olub. Budan sonra o, 10 il müddətinə məhsulların inkişafı ilə məşğul olub və 2011-ci ildə yenidən şirkətin baş direktoru vəzifəsinə geri qayıdıb.
 
31 yaşlı Mark Zukerberq reytinqdə 19-cu pillədə qərarlaşıb. O, dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un yaradıcısıdır.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024