12px13px15px17px
Tarix:05/11/15

Fikrət Məmmədov: ""Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncam məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoyub"

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında prezident İlham Əliyevin imzaladığı sərəncam məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoyub. Artıq sınaq rejimində istifadəsinə başlanılan bu sistemin tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron "şəxsi kabinet"ə malik olacaqlar".  
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri ədliyyə naziri Fikrət Məmmədov söyləyib. Müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlərin xüsusi qeyd olunmasının vacibliyini  qeyd edən nazirin sözlərinə görə, təkcə Dünya Bankı ilə birgə layihə çərçivəsində 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir binalar istifadəyə verilib, bir o qədər də məhkəmə üçün, o cümlədən dövlət büdcəsi hesabına yeni binalar inşa olunmaqdadır. Onun sözlərinə görə, bu binalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya üçün şəraiti aradan qaldırır.
 
 
F.Məmmədov qeyd edib ki, məhkəmə ekspertizasına dövlət başçısının diqqəti sayəsində nazirliyin Ekspertiza Mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Onun sözlərinə görə, elm və texnikanın son nailiyyətlərinin və yeni texnologiyaların tətbiqi nəticəsində hər il məhkəmə və istintaq orqanlarının 100 minədək sualı cavablandırılır:
 
"Ekspert rəylərinin bugünkü səviyyəsi onların beynəlxalq miqyasda tanınmasına səbəb olmuşdur. Həmçinin bölgələrdə, o cümlədən Naxçıvan, Gəncə, Şirvan və Şəkidə ekspertiza filiallarının yaradılması araşdırmaların operativliyini təmin etmişdir".
 
 
Nazir əlavə edib ki, baş verəbiləcək korrupsiya hallarının aradan qaldırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən şəffaf prosedurlar əsasında yeni notarius korpusu formalaşdırılıb və 20-dən çox elektron xidmətlərin göstərilməsi vətəndaş məmnunluğu doğurub.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024