Tarix:05/11/15
“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. R.Rzayev qeyd edib ki, bundan başqa, məhkəmə fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məhkəmənin icraatındakı işlər barədə ətraflı məlumatlar və qərarların məhkəmələrin internet səhifələrində yerləşdirilməsi təmin olunur, bununla da istənilən şəxsin həmin məlumatları və qərarları əldə etmək imkanları asanlaşır.
Onun sözlərinə görə, artıq 2009-cu ildən etibarən Ali Məhkəmədə, eləcə də bir sıra birinci və apelyasiya instansiyası məhkəmələrində müasir informasiya texnologiyalarına əsaslanan infrastruktur yaradılıb:
“Məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılmasını təmin etmişdir. Ədalət mühakiməsinin səmərəliliyini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrdə baxılan müxtəlif problemli məsələlər üzrə ümumiləşdirmələr aparılır, vahid məhkəmə təcrübəsi formalaşdırılır, qərarlar qəbul edilir və məhkəmələrə tövsiyələr verilir. Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında imzaladığı sərəncam bilavasitə məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və elektron sənəd dövriyyəsinin təmin edilməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir”.
Seymur Qasımbəyli
“Bütün məhkəmələrin istifadə edə biləcəyi “Elektron kitabxana” layihəsi yekunlaşmaq ərəfəsindədir”
Ali Məhkəmədə bütün məhkəmələrin istifadə edə biləcəyi “Elektron kitabxana” layihəsi ilə bağlı həyata keçirilən işlər yekunlaşmaq ərəfəsindədir.“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. R.Rzayev qeyd edib ki, bundan başqa, məhkəmə fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məhkəmənin icraatındakı işlər barədə ətraflı məlumatlar və qərarların məhkəmələrin internet səhifələrində yerləşdirilməsi təmin olunur, bununla da istənilən şəxsin həmin məlumatları və qərarları əldə etmək imkanları asanlaşır.
Onun sözlərinə görə, artıq 2009-cu ildən etibarən Ali Məhkəmədə, eləcə də bir sıra birinci və apelyasiya instansiyası məhkəmələrində müasir informasiya texnologiyalarına əsaslanan infrastruktur yaradılıb:
“Məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılmasını təmin etmişdir. Ədalət mühakiməsinin səmərəliliyini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrdə baxılan müxtəlif problemli məsələlər üzrə ümumiləşdirmələr aparılır, vahid məhkəmə təcrübəsi formalaşdırılır, qərarlar qəbul edilir və məhkəmələrə tövsiyələr verilir. Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında imzaladığı sərəncam bilavasitə məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və elektron sənəd dövriyyəsinin təmin edilməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir”.
Seymur Qasımbəyli
Baxış sayı: 593
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır