12px13px15px17px
Tarix:06/11/15

Dərmanların qiymətlərini mobil telefonlara yükləmək imkanı yaradılıb

"Qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi  internet saytının  "Dərman vasitələri" bölməsində yerləşdirilib və əlavə qiymətlər təsdiq olunduqca yenilənir.
 

Siyahı saytda "pdf" formatında yerləşdirilir ki, bu da həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə imkan yaradır".
 

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov söyləyib. İ.Məcidov bildirib ki, istehlakçılar qiymət cədvəli ilə tanış olduqda həmin dərmanın qiyməti ilə yanaşı, tərkibi, eyni xəstəliklərin müalicəsi baxımından hansı alternativlərinin olduğu və hansı ölkədə istehsal edildiyi barədə müfəssəl məlumata sahib olurlar. Çünki dərman vasitələrinin qiymətləri məhz onların tərkibləri nəzərə alınaraq, optimal səviyyədə müəyyən edilir.
 
"Tənzimləmə prosesi istehlakçıların maariflənməsini, dərman vasitəsinin ticarət adından asılılığın tədricən aradan qalxmasını zəruri edir. Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar öz sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməlidir".
 
 
"Bazis qiymətlər müəyyən edilərkən hansı informasiya mənbələrindən istifadə olunur?" sualını cavablandırarkən İ.Məcidov bir neçə məşhur informasiya mənbəyinin internet səhifəsinin adlarını açıqlayıb. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin bazis qiymətlər əsasında həyata keçirildiyini, bazis qiymətin isə dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edildiyini önə çəkən katibin sözlərinə görə, əgər istinad ölkələrində axtarılan doza və qablaşdırma miqdarında dərman vasitəsi yoxdursa, bu zaman ekvivalent dərman vasitələrinin, bu da olmasa, oxşar dərman vasitələrinin qiymətləri nəzərə alınır:
 
"Bazis qiymətlərin, yəni dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə istinad ölkələrində elə informasiya mənbələrinə istinad olunur ki, buradakı məlumatlar hamı üçün açıq olsun. Bununla bağlı bir sıra faydalı saytların keçidləri Tarif (qiymət) Şurasının saytında yerləşdirilib.

Məsələn, Türkiyədə dərman vasitələrinin topdansatış və pərakəndə satış qiymətləri kimi topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətləri bu ölkənin öz valyutası ilə (türk lirəsi) təsdiq olunur. Türkiyədə dərman vasitələrinin qiymətləri barədə məlumatlar Türk Əczaçılar Birliyinin , Türkiyə İlaç və Tibbi Cihaz Qurumunun rəsmi saytları  və ya "http://ilacrehberi.com" saytından əldə oluna bilər.


Firmalar Türkiyə İlaç və Tibbi Cihaz Qurumunun saytında  müvafiq şifrə ilə daxil olaraq dərman vasitəsinin türk lirəsi ilə ifadədə topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərini əldə edə bilərlər.

Belə şifrəyə sahib olmayan istifadəçilər yuxarıda qeyd olunan digər saytlardan istifadə etməklə Təlimatda nəzərdə tutulduğu kimi, pərakəndə satış qiymətindən vergiləri və qanunvericiliklə nəzərdə tutulmuş digər əlavələri çıxmaqla həmin ölkə üçün dərman vasitəsinin türk lirəsi ilə ifadədə topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərini müəyyən edə bilərlər.

Bütün bunlarla yanaşı, istinad ölkələrində dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən əczaçılıq subyektlərinə hər cür köməklik göstərilir".
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 948

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024