12px13px15px17px
Tarix:06/11/15

Azərbaycanda elektron lisenziya portalının yaradılması üzrə işlər aparılır

Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara xidmət Agentliyi  ilin sonuna kimi elektron lisenziya portalını istifadəyə vermək niyyətindədir.
 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların lisenziya almaq məqsədi ilə müraciətlərinin  elektron formada qəbulunu təşkil etmək məqsədi ilə yaradılır.
 

Hazırda artıq portalın yaradılması istiqamətində işlər aparılır və bu ilin sonuna kimi işə salınması istisna edilmir.
 
Portalın istifadəyə verilməsində əsas məqsəd vətəndaşla dövlət qulluqçusu arasında əlaqəni minimuma endirmək və vətəndaşların onlayn şəkildə, kompüterdən ayrılmadan tələb olunan sənədləri əldə etmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, portal “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı əsasında yaradılır.

 
Aynur Vəliyeva
 




Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024