Tarix:06/11/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə ölkəmizi Milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin dəvət olunmuş nümayəndəsi təmsil edib. O, “Azərkosmos”un fəaliyyəti haqda məruzə ilə çıxış edib və RRB yanında peyk texnologiyaları üzrə işçi qrupun yaradılması ətrafında müzakirələrdə iştirak edib.
Tədbir çərçivəsində Şuraya müşahidəçi qismində “Əfqan Telekom” qəbul edilib. İclasda “Əfqan Telekom”un RRB-nin Rabitə operatorları və infokommunikasiyalar üzrə Şurasına qəbul edilməsi, 2016-cı ildə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak məsələləri, RRB-yə üzv ölkələrin təşəbbüslərinin icrası ilə bağlı vəziyyət müzakirə edilib.
Bununla yanaşı, ədalətli rouminq prinsiplərinin tətbiqi üzrə “Yol xəritəsi”nin birinci mərhələsinin icrası, telefon rabitəsi bazarının texnoloji rəqabətin inkişafı nəticəsində təbii inhisarçılıq vəziyyətindən rəqabətli bazara çevrilməsi, eləcə də şəbəkə neytrallığının qanuni şəkildə tətbiqi və texnoloji neytrallığın təhlili məsələlərinə baxılıb.
Mütəxəssislər, həmçinin MDB ölkələrinin beynəlxalq rabitə xidmətlərinin göstərilməsində operatorlararası hesablaşmaların həyata keçirilməsi şərtləri haqda sazişin icrası məsələsi, “Rabitənin strateji və iqtisadi məsələlərini nəzərdə tutan tarifikasiya və hesablaşma prinsipləri” ilə bağlı təkliflər, ənənəvi və İP telefoniya üzrə qarşılıqlı operatorlararası xidmətlər mexanizminin təkmilləşdirilməsi və bir sıra digər məsələlər ətrafında danışıqlar aparıb. İştirakçılar “Big data”, proqram təminatı bazarının təkmilləşdirilməsi və informasiya cəmiyyətinin inkişafı üzrə işçi qrupun fəaliyyətinin bərpası məsələlərini də nəzərdən keçiriblər.
Aynur Vəliyeva
Azərbaycan rabitə və informasiya texnologiyaları bazarlarının inkişafı üzrə müzakirələrdə təmsil olunub
Azərbaycan Regional Rabitə Birliyinin (RRB) infokommunikasiyalar üzrə Komissiyasının və Rabitə operatorları və infokommunikasiyalar üzrə Şurasının Özbəkistanda keçirilən 36/32-ci birgə iclasında təmsil olunub.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə ölkəmizi Milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin dəvət olunmuş nümayəndəsi təmsil edib. O, “Azərkosmos”un fəaliyyəti haqda məruzə ilə çıxış edib və RRB yanında peyk texnologiyaları üzrə işçi qrupun yaradılması ətrafında müzakirələrdə iştirak edib.
Tədbir çərçivəsində Şuraya müşahidəçi qismində “Əfqan Telekom” qəbul edilib. İclasda “Əfqan Telekom”un RRB-nin Rabitə operatorları və infokommunikasiyalar üzrə Şurasına qəbul edilməsi, 2016-cı ildə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak məsələləri, RRB-yə üzv ölkələrin təşəbbüslərinin icrası ilə bağlı vəziyyət müzakirə edilib.
Bununla yanaşı, ədalətli rouminq prinsiplərinin tətbiqi üzrə “Yol xəritəsi”nin birinci mərhələsinin icrası, telefon rabitəsi bazarının texnoloji rəqabətin inkişafı nəticəsində təbii inhisarçılıq vəziyyətindən rəqabətli bazara çevrilməsi, eləcə də şəbəkə neytrallığının qanuni şəkildə tətbiqi və texnoloji neytrallığın təhlili məsələlərinə baxılıb.
Mütəxəssislər, həmçinin MDB ölkələrinin beynəlxalq rabitə xidmətlərinin göstərilməsində operatorlararası hesablaşmaların həyata keçirilməsi şərtləri haqda sazişin icrası məsələsi, “Rabitənin strateji və iqtisadi məsələlərini nəzərdə tutan tarifikasiya və hesablaşma prinsipləri” ilə bağlı təkliflər, ənənəvi və İP telefoniya üzrə qarşılıqlı operatorlararası xidmətlər mexanizminin təkmilləşdirilməsi və bir sıra digər məsələlər ətrafında danışıqlar aparıb. İştirakçılar “Big data”, proqram təminatı bazarının təkmilləşdirilməsi və informasiya cəmiyyətinin inkişafı üzrə işçi qrupun fəaliyyətinin bərpası məsələlərini də nəzərdən keçiriblər.
Aynur Vəliyeva
Baxış sayı: 526
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır