Tarix:06/11/15
Analitiklər bildirib ki, artıq 1 ildən çoxdur ki bütün dünyada planşetlərin satış və tədarük həcminin azalması müşahidə olunur. Bu, «fablet»lərin (ekranın diaqonalı 5,5 düymdən çox olan smartfonlar) populyarlaşması ilə izah edilir.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Gartner»in analitiki Mayk Eşerix bir çox insanların yeni deyil, köhnə planşetlərdən istifadəyə üstünlük verməsini planşetlərdə əməliyyat sistemini ödənişsiz yeniləmək imkanı ilə izah edirlər.
"Mobil proqramların əksəriyyəti birinci və ikinci nəsil planşetlərdə kifayət qədər yaxşı işləyir. Əməliyyat sistemini ödənişsiz yeniləmək mümkün olduğundan, istifadəçi qurğunu əvəzləmək üçün ehtiyac görmür" - mütəxəssis bildirib.
ABŞ, Böyük Britaniya, Fransa, Çin, Braziliya və Hindistandan 19 min respondentin iştirak etdiyi sorğuda ekspertlər aydınlaşdırıb ki, ABŞ-da ev təsərrüfatlarının 66 faizində planşet var. Ancaq Mayk Eşerix xəbərdarlıq edir ki, əgər istehsalçılar maraqlı yenilik təklif etməsələr, inkişaf etmiş bazarlarda planşet istifadəçilərinin sayı azalacaq.
Emil Hüseynov
«Gartner»: “Planşetlərin satış həcmi azalır”
«Gartner» analitik şirkəti tərəfindən rəyi soruşulmuş istehlakçıların təxminən 17 faizi bildirib ki, yaxın illər ərzində planşet satın almağı planlaşdırır.Analitiklər bildirib ki, artıq 1 ildən çoxdur ki bütün dünyada planşetlərin satış və tədarük həcminin azalması müşahidə olunur. Bu, «fablet»lərin (ekranın diaqonalı 5,5 düymdən çox olan smartfonlar) populyarlaşması ilə izah edilir.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Gartner»in analitiki Mayk Eşerix bir çox insanların yeni deyil, köhnə planşetlərdən istifadəyə üstünlük verməsini planşetlərdə əməliyyat sistemini ödənişsiz yeniləmək imkanı ilə izah edirlər.
"Mobil proqramların əksəriyyəti birinci və ikinci nəsil planşetlərdə kifayət qədər yaxşı işləyir. Əməliyyat sistemini ödənişsiz yeniləmək mümkün olduğundan, istifadəçi qurğunu əvəzləmək üçün ehtiyac görmür" - mütəxəssis bildirib.
ABŞ, Böyük Britaniya, Fransa, Çin, Braziliya və Hindistandan 19 min respondentin iştirak etdiyi sorğuda ekspertlər aydınlaşdırıb ki, ABŞ-da ev təsərrüfatlarının 66 faizində planşet var. Ancaq Mayk Eşerix xəbərdarlıq edir ki, əgər istehsalçılar maraqlı yenilik təklif etməsələr, inkişaf etmiş bazarlarda planşet istifadəçilərinin sayı azalacaq.
Emil Hüseynov
Baxış sayı: 519
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır