Tarix:07/11/15
Şagirdlər üçün nəzərdə tutulan “ALPLogo proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur” və “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyaları üzrə 355 layihə qəbul edilib. Müəllimlər üçün nəzərdə tutulan “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs”, “Təhsildə ən yaxşı İnternet texnologiyaları”, “Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs”, “Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd” nominasiyaları üzrə isə 545 layihə qəbul edilib.
Müsabiqəyə təqdim olunmuş 942 layihədən 42-si isə qəbul edilməyib. Qeydiyyatdan keçmiş istifadəçilərə gəlincə, müəllimlərin sayı 1237, şagirdlərin sayı 822, valideynlərin sayı 16, digər istifadəçilərin sayı isə 68-dir.
Qeyd edək ki, müsabiqə təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunub. Müsabiqənin təşkili “Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri”nə əsaslanır.
Əmrə uyğun olaraq, hər il təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müəllim” və “Şagird” istiqamətləri üzrə “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir. “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsinin (TK) tərkibi bir çox qurumların nümayəndərlərindən ibarətdir.
Təşkilat Komitəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi də iştirak edir. Bundan başqa, TK-də Azərbaycan İnternet Forumu, “Edumedia Azərbaycan” təşkilatı, “Microsoft-Azərbaycan” Təhsil Proqramı, “Təhsildə İnnovativ Texnologiyar” Əlavə Təhsil Mərkəzi, “Ultra” şirkəti, “AZEDUNET” təşkilatının nümayəndələri təmsil olunurlar.
“Müəllim” və “Şagird” istiqamətləri üzrə müxtəlif nominasiyaların dəyərləndirilməsi də fərqlənir.
“Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası- bu nominasıya üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarına təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin təşkilinə verilən normativ tələblərə uyğunluğu; fənn kurikulumlarının tələblərinə uyğunluğu; işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi; məzmunun orijinallığı; materialda məntiqi ardıcıllığın, sistemli yanaşmanın olması və s. daxildir.
“Təhsildə ən yaxşı İnternet texnologiyaları” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarına isə təqdim olunan işin təhsil məqsədləri ilə əlaqədar praktiki əhəmiyyətinin olması; müəlliflərin şəbəkədə ünsiyyət və əməkdaşlıq mədəniyyəti; texniki keyfiyyət; əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması; interaktivlik; müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı; resursdakı materialların məzmununda elmi əsasların mövcudluğu; müəllifin öz materialının alınma materialların həcmindən çox olması; işin nəticələrindən yararlanan hədəf qruplarının genişliyi; informasiyanın dərc edilməsinin çevik və davamlı olması; informasiyada (xəbərlərdə) təhsil mövzularının əyləncə xarakterli mövzulardan
çox olması; fərqli multimedia obyektlərinin istifadəsi daxildir. “Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs” nominasiyası üzrə qiymətləndirmə meyarlarına gəlincə, burada təqdim olunan işin məzmununun müasir təhsil tələblərinə uyğunluğu; pedaqoji ictimaiyyət tərəfindən tələb olunması; ideyanın (materialın) yeni və yaradıcı olması; şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu; əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması; aydın struktur və stil; informasiyanın etibarlılığı; bütövlükdə resurs materiallarının tamlığı kimi məsələlər yer alıb.
“Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/ sənəd” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarında isə təqdim olunan işin məqsəd və gözlənilən nəticəsinin qeyd olunması; işdə elmlilik və konkretlik prinsiplərinin gözlənilməsi; məzmunun aktuallığı və müasir tələblərə uyğunluğu; məzmunun faydalılığı və inkişafetdirici xarakterə malik olması; sınaqdan keçmiş şəxsi təcrübəyə əsaslanması; dil üslubu; digər vacib və əhəmiyyətli məlumatlardan (lüğətlər, testlər, cədvəllər və s.) istifadə olunması; materialın hazırlanmasında dəqiqlik, sistemlilik, fikir ardıcıllığı və aydınlıq əsas götürülüb.
“Şagird” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarlarına gəldikdə, “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur” nominasiyası üzrə təqdim edilən resursların qiymətləndirmə meyarlarına təqdim olunmuş fiqurun sistemə yüklənmiş versiyada hazırlanması (“ALPLogo” proqramı); təqdim olunmuş fiqurda “ALPLogo” proqramlaşma mühitinin komandaları ardıcıllığının düzgün, dəqiq yerinə yetirilməsi; yaradılmış fiqurun orijinallığı; yaradılmış fiqurun mürəkkəbliyi daxildir. “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarına işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi; məzmunun orijinallığı; materialın hazırlanmasının dəqiq, sistemli, fikir ardıcıllığı və aydın olması; texniki keyfiyyət; müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığının olması; fərqli multimedia obyektlərindən istifadə; informasiyanın aydınlığı və dəqiqliyi; interaktivliyin təmin olması; əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması; ziyarət edilmə, şərh olunma funksiyaları ilə təmin olması; əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması; aydın struktur və stil; dərc edilən informasiyanın etibarlılığı və s. aiddir. Qaliblərin təltif edilməsinə gəlincə, onlara diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə mükafatlar və diplomlar bu məqsədlə Təşkilat Komitəsi tərəfindən təşkil olunan təqdimat mərasimində təqdim ediləcək.
Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin və
müsabiqənin İnternet səhifələrində yerləşdiriləcək.
Həqiqət İSABALAYEVA
“Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri 900 layihə sırasından seçiləcək
“Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri 900 layihə sırasından seçiləcək. Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqəyə layihələrin qəbulu artıb başa çatıb.Şagirdlər üçün nəzərdə tutulan “ALPLogo proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur” və “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyaları üzrə 355 layihə qəbul edilib. Müəllimlər üçün nəzərdə tutulan “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs”, “Təhsildə ən yaxşı İnternet texnologiyaları”, “Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs”, “Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd” nominasiyaları üzrə isə 545 layihə qəbul edilib.
Müsabiqəyə təqdim olunmuş 942 layihədən 42-si isə qəbul edilməyib. Qeydiyyatdan keçmiş istifadəçilərə gəlincə, müəllimlərin sayı 1237, şagirdlərin sayı 822, valideynlərin sayı 16, digər istifadəçilərin sayı isə 68-dir.
Qeyd edək ki, müsabiqə təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunub. Müsabiqənin təşkili “Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri”nə əsaslanır.
Əmrə uyğun olaraq, hər il təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müəllim” və “Şagird” istiqamətləri üzrə “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir. “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsinin (TK) tərkibi bir çox qurumların nümayəndərlərindən ibarətdir.
Təşkilat Komitəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi də iştirak edir. Bundan başqa, TK-də Azərbaycan İnternet Forumu, “Edumedia Azərbaycan” təşkilatı, “Microsoft-Azərbaycan” Təhsil Proqramı, “Təhsildə İnnovativ Texnologiyar” Əlavə Təhsil Mərkəzi, “Ultra” şirkəti, “AZEDUNET” təşkilatının nümayəndələri təmsil olunurlar.
“Müəllim” və “Şagird” istiqamətləri üzrə müxtəlif nominasiyaların dəyərləndirilməsi də fərqlənir.
“Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası- bu nominasıya üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarına təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin təşkilinə verilən normativ tələblərə uyğunluğu; fənn kurikulumlarının tələblərinə uyğunluğu; işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi; məzmunun orijinallığı; materialda məntiqi ardıcıllığın, sistemli yanaşmanın olması və s. daxildir.
“Təhsildə ən yaxşı İnternet texnologiyaları” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarına isə təqdim olunan işin təhsil məqsədləri ilə əlaqədar praktiki əhəmiyyətinin olması; müəlliflərin şəbəkədə ünsiyyət və əməkdaşlıq mədəniyyəti; texniki keyfiyyət; əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması; interaktivlik; müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı; resursdakı materialların məzmununda elmi əsasların mövcudluğu; müəllifin öz materialının alınma materialların həcmindən çox olması; işin nəticələrindən yararlanan hədəf qruplarının genişliyi; informasiyanın dərc edilməsinin çevik və davamlı olması; informasiyada (xəbərlərdə) təhsil mövzularının əyləncə xarakterli mövzulardan
çox olması; fərqli multimedia obyektlərinin istifadəsi daxildir. “Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs” nominasiyası üzrə qiymətləndirmə meyarlarına gəlincə, burada təqdim olunan işin məzmununun müasir təhsil tələblərinə uyğunluğu; pedaqoji ictimaiyyət tərəfindən tələb olunması; ideyanın (materialın) yeni və yaradıcı olması; şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu; əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması; aydın struktur və stil; informasiyanın etibarlılığı; bütövlükdə resurs materiallarının tamlığı kimi məsələlər yer alıb.
“Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/ sənəd” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarında isə təqdim olunan işin məqsəd və gözlənilən nəticəsinin qeyd olunması; işdə elmlilik və konkretlik prinsiplərinin gözlənilməsi; məzmunun aktuallığı və müasir tələblərə uyğunluğu; məzmunun faydalılığı və inkişafetdirici xarakterə malik olması; sınaqdan keçmiş şəxsi təcrübəyə əsaslanması; dil üslubu; digər vacib və əhəmiyyətli məlumatlardan (lüğətlər, testlər, cədvəllər və s.) istifadə olunması; materialın hazırlanmasında dəqiqlik, sistemlilik, fikir ardıcıllığı və aydınlıq əsas götürülüb.
“Şagird” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarlarına gəldikdə, “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur” nominasiyası üzrə təqdim edilən resursların qiymətləndirmə meyarlarına təqdim olunmuş fiqurun sistemə yüklənmiş versiyada hazırlanması (“ALPLogo” proqramı); təqdim olunmuş fiqurda “ALPLogo” proqramlaşma mühitinin komandaları ardıcıllığının düzgün, dəqiq yerinə yetirilməsi; yaradılmış fiqurun orijinallığı; yaradılmış fiqurun mürəkkəbliyi daxildir. “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarlarına işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi; məzmunun orijinallığı; materialın hazırlanmasının dəqiq, sistemli, fikir ardıcıllığı və aydın olması; texniki keyfiyyət; müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığının olması; fərqli multimedia obyektlərindən istifadə; informasiyanın aydınlığı və dəqiqliyi; interaktivliyin təmin olması; əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması; ziyarət edilmə, şərh olunma funksiyaları ilə təmin olması; əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması; aydın struktur və stil; dərc edilən informasiyanın etibarlılığı və s. aiddir. Qaliblərin təltif edilməsinə gəlincə, onlara diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə mükafatlar və diplomlar bu məqsədlə Təşkilat Komitəsi tərəfindən təşkil olunan təqdimat mərasimində təqdim ediləcək.
Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin və
müsabiqənin İnternet səhifələrində yerləşdiriləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır