12px13px15px17px
Tarix:07/11/15

“Google” mobil qurğular üçün prosessorlar hazırlayacaq

“Google” şirkəti prosessor istehsalçıları ilə “Android” əməliyyat sistemli qurğular üçün çiplərin birgə layihələndirilməsi və yaradılması ilə bağlı danışıqlar aparır.
 
Bildirilir ki, şirkət istehsalçılara çip sistemləri üçün birgə istehsal üzrə variantlar təklif edir. Bununla şirkət “Android” ekosisteminin fraqmentliyini azalda və onu eyniləşdirə biləcək. Lakin bazarda çoxlu istehsalçıların (Samsung Exynos, Qualcomm Snapdragon, Kirin Huawei və MediaTek) olmasına görə, "Google” kiçik istehsalçıları cəlb edə bilər.
 
Bir müddət əvvəl şirkət "NASA” və “Universities Space Research Association” (USRA) Assosiasiyası ilə birlikdə "D-Wave” şirkəti ilə saziş imzalayıb. Sazişə görə, "D-Wave” əvvəlki nəsil prosessor ilə müqayisədə iki dəfə çox kubitə malik güclü kvant prosessor yaradacaq, - “Qazeta”  yazır.   



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024