Tarix:10/11/15
Belə ki, bu dövrdə əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 126909 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 42911 dəfə faydalanıb.
Nazirlikdən qeyd edilib ki, hər iki e-xidmət ötən ilin iyul ayından etibarən ölkəmizdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılması ilə əlaqədar əhalinin istifadəsinə verilib. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə bildiriş formaları həmin sistemdə qeydiyyata alındıqdan və işəgötürənə elektron qaydada müvafiq məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.
Qeyd olunan proses isə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. Bununla yanaşı, hər bir vətəndaş “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən yararlanmaqla, onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə edə bilir. İstifadəyə verildikləri vaxtdan vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasında olan bu iki e-xidmətdən cari ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 675 min 727 dəfə istifadə qeydə alınıb.
Həqiqət İSABALAYEVA
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə edənlərin sayı 1 milyonu ötür
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən cari ilin oktyabr ayında 169820 dəfə istifadə qeydə alınıb.Belə ki, bu dövrdə əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 126909 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 42911 dəfə faydalanıb.
Nazirlikdən qeyd edilib ki, hər iki e-xidmət ötən ilin iyul ayından etibarən ölkəmizdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılması ilə əlaqədar əhalinin istifadəsinə verilib. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə bildiriş formaları həmin sistemdə qeydiyyata alındıqdan və işəgötürənə elektron qaydada müvafiq məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.
Qeyd olunan proses isə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. Bununla yanaşı, hər bir vətəndaş “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən yararlanmaqla, onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə edə bilir. İstifadəyə verildikləri vaxtdan vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasında olan bu iki e-xidmətdən cari ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 675 min 727 dəfə istifadə qeydə alınıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 461
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır