12px13px15px17px
Tarix:10/11/15

“Nar” şirkəti Göyçayda keçirilən “Nar festivalı”nda iştirak edib

“Nar” mobil rabitə operatoru Azərbaycanın Göyçay şəhərində  milli adət-ənənələri nümayiş edən “Nar festivalı”nda yaxından iştirak edib.

 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Nar”ın bu tədbirdə iştirakı həm də mobil operatorun brend ideyası ilə bağlı idi.

“Nar” festivalının Göyçayda keçirilməsi təsadüfi deyil, çünki məhz bu rayonda Azərbaycanın ən dadlı narı yetişir. Festival çərçivəsində bayraq paradı keçirilib və rayonun gəncləri əyləncəli proqramla çıxış ediblər.
Mobil operator isə Göyçay əhalisinə dörd “Nar” nömrəsi arasında bu ilin sonuna kimi pulsuz danışıq imkanı təqdim edən yeni “Ailəm paketi” haqda daha ətraflı məlumat verdi və xüsusi stendində müxtəlif viktorinalar və yarışlar keçirərək qalibləri mobil qurğu və digər prizlərlə mükafatlandırdı.
 
“Ailəm paketi”nə bu gün qoşulan istifadəçilər, həmçinin gələn ildən etibarən şəbəkə daxilində dəqiqəsi bir qəpikdən danışmaq imkanı əldə edəcəklər.  

Festival çərçivəsində rayonun nardan istehsal etdiyi müxtəlif doşablar, mürəbbələr, salatlar, maketlər və digər ekspozisiyalar, milli mədəni irsə aid olan məişət avadanlıqları və xalçalar nümayiş etdirilib.
 
Aynur Vəliyeva

  




Baxış sayı: 503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024