Tarix:10/11/15
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, cari ilin üçüncü rübündə «EMEA» (Avropa, Yaxın Şərq, Afrika) regionuna FK-in tədarükü 23 faiz yüksələrək 18,4 milyona yaxınlaşıb. O cümlədən korporativ seqmentdə satışların həcmi 17,2 faiz, istehlak seqmentində isə 28,1 faiz azalıb. «IDC» analitik şirkətinin məlumatına əsasən, bu halda istehlak seqmentində tələbat mobil FK istiqamətinə doğru dəyişir.
2015-ci ilin üçüncü rübündə «EMEA» regionuna noutbukların tədarükü 22,8 faiz, masaüstü kompüterlərin tədarükü isə 23,3 faiz azalıb.
Tədarük həcminin sürətli azalması bir neçə amillə, birincisi, regionun bəzi ölkələrində valyuta məzənnəsinin dəyişikliyi, ikincisi, Şərqi Avropa və Yaxın Şərqdə siyasi qeyri-sabitliklə bağlıdır.
«EMEA» regionuna tədarük həcminə görə 5 aparıcı FK istehsalçısı aşağıdakı kimi sıralanıb: «Asustek» (8,2 faiz), «Acer» (9,6 faiz), «Dell» (10,1 faiz), «HP», (23,7 faiz), «Lenovo» (20,1 faiz).
Emil Hüseynov
Avropada fərdi kompüter bazarının həcminin kəskin azalmasının səbəbi nədir?
2015-cu ilin üçüncü rübündə «EMEA» regionunda fərdi kompüter (FK) bazarı ədədi ifadədə təxminən 25 faiz azalıb. Bir neçə amili buna səbəb göstərmək olar. Əsas amillərdən biri siyasi qeyri-sabitlikdir.«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, cari ilin üçüncü rübündə «EMEA» (Avropa, Yaxın Şərq, Afrika) regionuna FK-in tədarükü 23 faiz yüksələrək 18,4 milyona yaxınlaşıb. O cümlədən korporativ seqmentdə satışların həcmi 17,2 faiz, istehlak seqmentində isə 28,1 faiz azalıb. «IDC» analitik şirkətinin məlumatına əsasən, bu halda istehlak seqmentində tələbat mobil FK istiqamətinə doğru dəyişir.
2015-ci ilin üçüncü rübündə «EMEA» regionuna noutbukların tədarükü 22,8 faiz, masaüstü kompüterlərin tədarükü isə 23,3 faiz azalıb.
Tədarük həcminin sürətli azalması bir neçə amillə, birincisi, regionun bəzi ölkələrində valyuta məzənnəsinin dəyişikliyi, ikincisi, Şərqi Avropa və Yaxın Şərqdə siyasi qeyri-sabitliklə bağlıdır.
«EMEA» regionuna tədarük həcminə görə 5 aparıcı FK istehsalçısı aşağıdakı kimi sıralanıb: «Asustek» (8,2 faiz), «Acer» (9,6 faiz), «Dell» (10,1 faiz), «HP», (23,7 faiz), «Lenovo» (20,1 faiz).
Emil Hüseynov
Baxış sayı: 581
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır