Tarix:10/11/15
“Startap Azərbaycan” Təşkilat Komitəsindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, RYTN yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov və Azərbaycan İnternet Forumunun prezidenti, “Startap Azərbaycan” TK-nın üzvü Osman Gündüz çıxış ediblər.
“Startap Günləri” çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu” mövzusunda konfrans öz işinə başlayıb.
“Startap Günləri” çərçivəsində keçirilən konfransdan sonra gənc startapçılar öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 25 biznes ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti və ekspertlər bunlardan 6 ən yaxşı ideyanı seçib.
İdeyaları seçilən startapçılar qalan iştirakçılar arasından özlərinə komanda formalaşdırıblar. Hər komandada 4- 6 nəfər startapçı təmsil olunub.
Növbəti mərhələdə komandalar ideyalar üzrə layihələrin ilkin prototiplərinin hazırlanmasına başlayıb. Komandalar tanınmış ekspertlərin və mentorların köməyi ilə 3 gün ərzində layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.
Beynəlxalq ekspert Justin Crevierin və tanınmış startapçı Orxan Rzayev tərəfindən gənc startapçılara biznes planların hazırlanması, startapların təqdim edilməsi, ilkin inkişaf problemləri ilə bağlı təlim keçirilib.
“Startap Günləri” çərçisində son dövrlərdə beynəlxalq tədbirlərdə iştirak edən yerli startap sahibləri ilə gənc startapçıların və internet biznesə yeni başlayanların görüşü keçirilib.
“Startap Günləri”nin yekun günündə 6 komanda öz layihələrinin ilkin versiyalarının hazırlanmasını başa çatdırıblar, bununla bağlı hazırladıqları təqdimatları qısa zaman kəsiyində münsiflərə təqdim ediblər. Hər bir layihənin təqdimatı münsiflərin sorğu-sualı ilə müşayiət olunub.
Layihələrin təqdimatından sonra münsiflər qiymətləndirmə prosesi aparıb. Qiymətləndirmənin yekununda münsiflərin səsverməsi ilə qalib layihələr seçilib.
6 layihə içərisindən daha çox bal toplayan 3 layihə qalib seçilib:
I yer - “MusicBeez layihəsi. Bu platforma istifadəçilərə bəyəndikləri musiqini səs çoxluğu ilə seçdikləri müğənnilərdən dinləmək şansı yaradır.
II yer - “Banging Games” layihəsi. “Banging tanks” müxtəlif yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş oyundur.
III yer - “Study Prog” layihəsi. Bu, onlayn təhsil sistemidir, burada vebinar, videomühazirələr və s. yerləşdirmək nəzərdə tutulub.
Noyabrın 8-də “Startap Günləri”nin qaliblərinin Yekun Təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Startap Günləri”nə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, “Cybernet”, “Sinam”, “Bakcell” və “ALT Group” şirkətləri dəstək verib.
CAHANGİR
“Startap Günləri 2015” başa çatıb
Noyabrın 6-dan 8-dək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında “Startap Günləri” keçirilib.“Startap Azərbaycan” Təşkilat Komitəsindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, RYTN yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov və Azərbaycan İnternet Forumunun prezidenti, “Startap Azərbaycan” TK-nın üzvü Osman Gündüz çıxış ediblər.
“Startap Günləri” çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu” mövzusunda konfrans öz işinə başlayıb.
“Startap Günləri” çərçivəsində keçirilən konfransdan sonra gənc startapçılar öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 25 biznes ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti və ekspertlər bunlardan 6 ən yaxşı ideyanı seçib.
İdeyaları seçilən startapçılar qalan iştirakçılar arasından özlərinə komanda formalaşdırıblar. Hər komandada 4- 6 nəfər startapçı təmsil olunub.
Növbəti mərhələdə komandalar ideyalar üzrə layihələrin ilkin prototiplərinin hazırlanmasına başlayıb. Komandalar tanınmış ekspertlərin və mentorların köməyi ilə 3 gün ərzində layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.
Beynəlxalq ekspert Justin Crevierin və tanınmış startapçı Orxan Rzayev tərəfindən gənc startapçılara biznes planların hazırlanması, startapların təqdim edilməsi, ilkin inkişaf problemləri ilə bağlı təlim keçirilib.
“Startap Günləri” çərçisində son dövrlərdə beynəlxalq tədbirlərdə iştirak edən yerli startap sahibləri ilə gənc startapçıların və internet biznesə yeni başlayanların görüşü keçirilib.
“Startap Günləri”nin yekun günündə 6 komanda öz layihələrinin ilkin versiyalarının hazırlanmasını başa çatdırıblar, bununla bağlı hazırladıqları təqdimatları qısa zaman kəsiyində münsiflərə təqdim ediblər. Hər bir layihənin təqdimatı münsiflərin sorğu-sualı ilə müşayiət olunub.
Layihələrin təqdimatından sonra münsiflər qiymətləndirmə prosesi aparıb. Qiymətləndirmənin yekununda münsiflərin səsverməsi ilə qalib layihələr seçilib.
6 layihə içərisindən daha çox bal toplayan 3 layihə qalib seçilib:
I yer - “MusicBeez layihəsi. Bu platforma istifadəçilərə bəyəndikləri musiqini səs çoxluğu ilə seçdikləri müğənnilərdən dinləmək şansı yaradır.
II yer - “Banging Games” layihəsi. “Banging tanks” müxtəlif yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş oyundur.
III yer - “Study Prog” layihəsi. Bu, onlayn təhsil sistemidir, burada vebinar, videomühazirələr və s. yerləşdirmək nəzərdə tutulub.
Noyabrın 8-də “Startap Günləri”nin qaliblərinin Yekun Təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Startap Günləri”nə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, “Cybernet”, “Sinam”, “Bakcell” və “ALT Group” şirkətləri dəstək verib.
CAHANGİR
Baxış sayı: 586
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır