12px13px15px17px
Tarix:10/11/15

«Internet Explorer» brauzer bazarında mövqeyini uduzur

40 mindən çox veb-sayta daxil olan 160 milyondan çox istifadəçinin aktivliyini izləyən «NetMarketShare» internet xidməti qlobal miqyasda brauzerlərin populyarlığını xarakterizə edən statistikanı yeniləyib. Lider «Internet Explorer» brauzeri öz mövqeyini uduzur və tezliklə bazar payı 50 faizdən aşağı düşə bilər.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2015-ci ilin oktyabrına olan vəziyyətə görə «Internet Explorer» masaüstü kompüterlər üçün qlobal brauzer bazarının 50,86 faizinə nəzarət edir. İkinci pillədə qərarlaşmış «Google Chrome»un bazar payı əksinə, 29,86-dan 31,12 faizədək yüksəlib.
 
 
«Internet Explorer» brauzerinin payının azalması tamamilə gözləniləndir, çünki indi «Microsoft» yeni «Edge» brauzerini inkişaf etdirir. Hələ ki sözügedən brauzerin bazar payı cüzidir, çünki «Edge» brauzeri yalnız «Windows 10» əməliyyat sistemində əlçatandır, amma ABŞ korporasiyası məhsulun əhatəsini genişləndirmək və onun funksionallığını artırmaq niyyətindədir.
 
 
«NetMarketShare» xidmətinin məlumatlarına əsasən, dünyada masaüstü və noutbuklar üçün ən tələb olunan brauzerlərin üçlüyündə «Firefox» brauzeri qərarlaşıb, bu brauzerin göstəricisi 11,28 faiz təşkil edib, halbuki 2015-ci ilin sentyabrında 11,46 faiz olub.
 
 
«Safari» brauzerinin bazar payı 5 faiz ətrafında dəyişməyə davam edir. «Opera», həmçinin autsayderdədir (1,28 faiz).
 
 
Emil Hüseynov
 



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024