Tarix:10/11/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, proqram Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində həyata keçirilir.
Proqramın məqsədi yüksəkvəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılmasıdır. Proqram ümumilikdə 11 təlim günü olmaqla, Azərbaycanda və Litvada keçirilməsi nəzərdə tutulan 4 təlim sessiyasından ibarətdir. Strateji Liderlik Proqramı pilot layihə şəklində Litva Dövlət İdarəçilik İnstitutu (LIVADIS) tərəfindən hazırlanıb. Proqram çərçivəsində keçirilən təlimlər peşəkar beynəlxalq ekspertlər tərəfindən keçiriləcək. Proqramda mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin və şöbə müdirlərinin iştirakı nəzərdə tutulub.
Proqram çərçivəsində keçiriləcək növbəti təlim sessiyaları “Dəyişikliyin idarə edilməsi və vəkillik (motivasiya/inandırma) bacarıqları”, “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq alətləri və təşkilatlarda bərabərliyin təmin edilməsi” və “İKT və sosial şəbəkələrdən xidmətlərdin göstərilməsi, xidmət istifadəçiləri ilə kommunikasiya vasitəsi kimi istifadə və vətəndaşlarla ünsiyyət” mövzularını əhatə edəcək.
Birinci Strateji Liderlik Proqramının 2016-cı ilin fevral ayında başa çatdırılması planlaşdırılır.
Aynur Vəliyeva
Azərbaycanda dövlət qulluqçularına İKT və sosial şəbəkələr vasitəsilə xidmət göstərilməsi üzrə təlimlər keçiriləcək
Bu gün Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) birgə təşkil etdikləri “Yüksəkvəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı” üzrə ilk üçgünlük təlim sessiyası öz işinə başlayıb.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, proqram Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində həyata keçirilir.
Proqramın məqsədi yüksəkvəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılmasıdır. Proqram ümumilikdə 11 təlim günü olmaqla, Azərbaycanda və Litvada keçirilməsi nəzərdə tutulan 4 təlim sessiyasından ibarətdir. Strateji Liderlik Proqramı pilot layihə şəklində Litva Dövlət İdarəçilik İnstitutu (LIVADIS) tərəfindən hazırlanıb. Proqram çərçivəsində keçirilən təlimlər peşəkar beynəlxalq ekspertlər tərəfindən keçiriləcək. Proqramda mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin və şöbə müdirlərinin iştirakı nəzərdə tutulub.
Proqram çərçivəsində keçiriləcək növbəti təlim sessiyaları “Dəyişikliyin idarə edilməsi və vəkillik (motivasiya/inandırma) bacarıqları”, “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq alətləri və təşkilatlarda bərabərliyin təmin edilməsi” və “İKT və sosial şəbəkələrdən xidmətlərdin göstərilməsi, xidmət istifadəçiləri ilə kommunikasiya vasitəsi kimi istifadə və vətəndaşlarla ünsiyyət” mövzularını əhatə edəcək.
Birinci Strateji Liderlik Proqramının 2016-cı ilin fevral ayında başa çatdırılması planlaşdırılır.
Aynur Vəliyeva
Baxış sayı: 451
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır