12px13px15px17px
Tarix:11/11/15

İnternetə çıxışın genişləndirilməsi davamlı inkişaf sahəsində yeni hədəflərin reallaşdırılmasına kömək edəcək

10 noyabr tarixində Braziliyanın Joao Pessoa şəhərində öz işinə başlamış 10-cu İnternet İdarəçilik Forumunda təxminən 5 min nümayəndə iştirak edir. Onlar davamlı inkişafın irəliləyişi məqsədilə “Ümumdünya Hörümçək Toru”ndan daha aktiv istifadə yollarını müzakirə edəcəklər.
 
Kibertəhlükəsizlik məsələləri və hələ də planetin təxminən 4 milyard sakinini əhatə etməyən internetə çıxışın genişləndirilməsi gündəliyə daxil edilmiş mövzulardandır.
 
 
Forum 13 noyabr tarixinədək davam edəcək. Onun nümayəndələri 2030-cu ilədək davamlı inkişaf sahəsində 17 hədəfin qəbulundan sonra bir araya gəliblər. Yeni məsələlərdən biri informasiya və kommunikasiya texnologiyalarına çıxışın genişləndirilməsi və 2020-ci ilə daha az inkişaf etmiş ölkələrdə münasib qiymətə internet çıxışının təminidir.
"Təxminən 2 ay bundan əvvəl dünya liderləri 2030-cu ilə inkişaf sahəsində gündəlik qəbul ediblər. İndi məqsədimiz daha yaxşı gələcək qurmaqdan ötrü qarşıya qoyulmuş məsələlərin reallaşdırmasına nail olmaqdır. İnformasiya və kommunikasiya texnologiyaları və internet bizim səylərimizi möhkəmləndirə bilər" - BMT-nin Baş katibi Pan Gi Mun Forum iştirakçılarına öz müraciətində bildirib.
 
 
 
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatlarına əsasən, bu gün dünyada 7 milyarddan çox mobil rabitə abunəçisi var. 2000-ci ildə bu göstərici 738 milyon olub. Ancaq internetə çıxış kontekstində zəngin və yoxsul arasındakı rəqəmli fərqi aradan qaldırmaq hələ də mümkün olmayıb. İnkişaf etməkdə olan dövlətlərdə yaşayan 4 milyarddan çox insan hələ də internetə çıxışa malik deyil.
 
 
İnternet İdarəçilik Forumu hər il keçirilir və sülh və təhlükəsizliyin təmini, inkişafın irəliləyişi və virtual məkanda insan hüquqlarının müdafiəsi ilə bağlı fikir mübadiləsi üçün unikal platformadır. Forum iştirakçıları internetin gələcəyini müzakirə edəcəklər.
 
 
"Kibercinayət, şəxsi həyat və izləmə ilə bağlı digər məsələlərin həllinə, həmçinin ehtiyac var» - Pan Gi Mun Forumun iştirakçılarına müraciətində bildirib.
 
 
Emil Hüseynov



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024