12px13px15px17px
Tarix:11/11/15

«Apple»ın baş direktoru fərdi kompüter dövrünün başa çatdığını hesab edir

«Apple»ın baş direktoru Tim Kuk «Telegraph» nəşrinə müsahibəsində deyib ki, hazırda fərdi kompüterlərə (FK) ehtiyac yox səviyyəsindədir.
 
 
"Mən hesab edirəm ki, indi FK satın almaq sizin nəyinizə lazımdır? - Kuk deyib.
 
Onun fikrincə, «iPad Pro» kimi güclü planşetlər FK və noutbukları əvəz edəcək. Tim Kuk hesab edir ki, insanlar sözügedən planşetlərdən istifadəyə başladıqda artıq başa düşəcəklər ki, onlara telefon istisna olmaqla daha heç bir qurğu lazım deyil".
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, planşet ölçüsündə olan smartfonlar haqda danışan Tim Kuk bildirib: "Mən düşünürəm ki, əgər siz böyükölçülü smartfona sahibsinizsə, çətin ki «iPad mini» sizə lazım olacaq".
 
 
«Apple»ın baş direktoru həmçinin bildirib ki, şirkət səhiyyə sahəsində mobil tətbiqin yaradılması üzərində düşünür və xatırladıb ki, indi «Apple Watch» istifadəçinin bəzi biometrik proseslərini izləməyə imkan verir.
 
Emil Hüseynov



Baxış sayı: 515

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024