12px13px15px17px
Tarix:11/11/15

Bakıda “Huawei həlləri - müəssisənin etibarlı və mühafizəli İT infrastrukturu” mövzusunda biznes-konfrans keçiriləcək

“Softline” şirkəti “Huawei” şirkəti ilə birgə noyabrın 18-də Bakıda “Huawei həlləri - müəssisənin etibarlı və mühafizəli İT infrastrukturu” mövzusunda biznes-konfrans keçirəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin əsas auditoriyası şirkət rəhbərləri, İT-menecerlər və direktorlar şurasının üzvləri olacaq.
 
Konfrans  çərçivəsində “Huawei” və “Softline” şirkətlərinin mühəndisləri vendorun geniş çeşidli məhsul və həlləri ilə iştirakçıları tanış edəcəklər. Eyni zamanda telekommunikasiya, server avadanlıqları, mühəndis infrastrukturunun yaradılması üçün həllər haqda ən aktual məsələlərlə bağlı təcrübələrini bölüşəcəklər.
 
Tədbir iştirakçıları son qlobal tendensiyalar və təqdim edilən həllərin məhsuldarlığı haqda məsləhətlər ala biləcəklər.
 
Aynur Vəliyeva



Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024