12px13px15px17px
Tarix:11/11/15

“Rosatom” dövlət korporasiyasının nümayəndə heyəti “Milli Nüvə Tədqiqatları Mərkəzi”ndə olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 may 2014-cü il tarixli 442 saylı sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaranmış "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC (MNTM QSC) tərəfindən respublikamızda nüvə elmləri, nüvə və radiasion texnologiyalarının dinc məqsədlərlə inkişafı, tədqiqat nüvə reaktoru daxil olmaqla, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün geniş işlər aparılır, inkişaf etmiş nüvə ölkələrinin təcrübələri öyrənilir,  onlarla əməkdaşlıq edilir.
 
 
 
Bu çərçivədə Rusiya Federasiyasının "Rosatom" dövlət korporasiyasının nümayəndə heyəti  "MNTM QSC-də  olub və bir sıra  görüşlər keçirib.
 
 
 Qonaqlar  MNTM QSC-in  infrastrukturu ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti, həmçinin  rabitə və yüksək texnologiyalar nazirinin müavini E.Vəlizadə tərəfindən qəbul edilib.
 
 
 
Nümayəndə heyətinin rəhbəri professor M.A.Litvinov Rusiya Federasiyasının "Rosatom" dövlət korporasiyasının  "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı   döş nişanı"nı  MNTM QSC-in sədri akademik A.A.Qəribova təqdim edib. 
 
 



Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024