12px13px15px17px
Tarix:12/11/15

“Azercell Telekom” şirkəti abunəçilərinə yeni mobil servis təqdim edib

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti bu gün “BOOKMATE” adlanan yeni mobil servisin təqdimatını keçirib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,  “Bookmate” kitabları smartfonlara yükləyərək daha rahat oxumaq üçün yaradılan yeni mobil kitabxanadır.
 
Tədbirdə çıxış edən şirkətin icraçı direktoru  Vahid Mürsəliyev bildirib ki, bu cür servislərdən daha rahat istifadə etmək üçün önəmli faktorlardan biri yüksəksürətli internetin olmasıdır və bununla  “Azercell” şirkəti  istifadəçilərini təmin edir.
 
Yeni onlayn kitabxanada Azərbaycan dilinə tərcümə edilmiş dünyanın məşhur yazıçılarının 500 min   kitabı toplanıb. “Azercell” abunəçiləri yeni servisi “AppStore” və ya “GooglePlay”-dən yükləyə bilərlər.   
 
Qeyd edək ki, yeni servis “Barama” İnnovasiya və sahibkarlıq mərkəzinin  məhsuludur.
 
Aynur Vəliyeva



Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024