Tarix:12/11/15
İdarədən bildirilib ki, Bakı “Teleqüllə”sindən yayımlanan TV proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Abşeron yarımadasının Sahil, Abşeron yarımadasının Sumqayıt, Tağıyev, Giləzi, Xırdalan, Lökbatan, Sahil, Qobustan, Ələt, Binə, Buzovna, Şüvəlan, Zuğulba, Maştağa, Müşfiqabad, Qaraçuxur, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb.
Belə ki, hesabat dövründə ümumilikdə 83 məntəqədə 781 ölçü işləri aparılıb. “Yuxarıda qeyd olunan yaşayış məntəqələrində Bakı “Teleqüllə”sindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb”.
Respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə isə DRİ-nin Radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən , Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları ərazisində radiomonitorinq işləri aparılıb. Bu istiqamətdə 84 məntəqədə 884 ölçü işləri reallaşdırılıb.
Televiziya üzrə isə 94 məntəqədə 735 ölçü işləri həyata keçirilib. DRİ-dən qeyd edilib ki, radio üzrə isə ümumilikdə 73 məntəqədə 581 ölçü işləri aparılıb. 2015-ci ilin 10 ayı ərzində DRİ-nin Radiomonitorinq şöbəsinə kənar maneə təsiri ilə əlaqədar olaraq 29 müraciət daxil olub.
Müraciətlərin hamısı vaxtında araşdırılaraq müvafiq tədbirlər görulüb.
SEYMUR
Dövlət Radiotezliklər İdarəsi tərəfindən TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin 10 ayı ərzində görülən işlər barədə hesabat verib.İdarədən bildirilib ki, Bakı “Teleqüllə”sindən yayımlanan TV proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Abşeron yarımadasının Sahil, Abşeron yarımadasının Sumqayıt, Tağıyev, Giləzi, Xırdalan, Lökbatan, Sahil, Qobustan, Ələt, Binə, Buzovna, Şüvəlan, Zuğulba, Maştağa, Müşfiqabad, Qaraçuxur, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb.
Belə ki, hesabat dövründə ümumilikdə 83 məntəqədə 781 ölçü işləri aparılıb. “Yuxarıda qeyd olunan yaşayış məntəqələrində Bakı “Teleqüllə”sindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb”.
Respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə isə DRİ-nin Radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən , Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları ərazisində radiomonitorinq işləri aparılıb. Bu istiqamətdə 84 məntəqədə 884 ölçü işləri reallaşdırılıb.
Televiziya üzrə isə 94 məntəqədə 735 ölçü işləri həyata keçirilib. DRİ-dən qeyd edilib ki, radio üzrə isə ümumilikdə 73 məntəqədə 581 ölçü işləri aparılıb. 2015-ci ilin 10 ayı ərzində DRİ-nin Radiomonitorinq şöbəsinə kənar maneə təsiri ilə əlaqədar olaraq 29 müraciət daxil olub.
Müraciətlərin hamısı vaxtında araşdırılaraq müvafiq tədbirlər görulüb.
SEYMUR
Baxış sayı: 759
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı