Tarix:13/11/15
Konfransı açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan təhsil sisteminə çox böyük töhfə verən layihənin əhəmiyyətindən danışıb və İtaliya, Fransa və Yunanıstanın aparıcı universitetləri ilə Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat, Qafqaz universitetlərinin, o cümlədən "AzEcolab" özəl şirkəti və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yerinə yetirildiyini bildirib. BDU-dan bildirilib ki, rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu layihəyə böyük dəyər verdiyini qeyd edib.
Layihə ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas və İtaliyanın Azərbaycandakı səfir müavini Campaolo Kutillo çıxış ediblər. ECONANO layihəsinin rəhbəri, professor Luka Di Palma çıxış edərək layihənin qarşıya qoyduğu problemlərdən, bu istiqamətdə görülən işlərdən bəhs edib. Qeyd edib ki, layihə yerinə yetirildiyi müddət ərzində bir sıra uğurlara imza atıb. Belə ki, Azərbaycan universitetlərinin 12 magistrantı üç ay müddətində BDU-da Avropa və Azərbaycan professorlarının mühazirələrini dinləyib, 2015-ci ildə fevral-may ayları ərzində Avropa universitetlərində dissertasiya işlərini tamamlayıb, 2015-ci ilin iyul ayında BDU-da Beynəlxalq komissiya qarşısında ingilis dilində müdafiə ediblər.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin professoru Məhəmmədəli Ramazanov isə bildirib ki, BDU-da nanotexnologiya sahəsində həm yüksəksəviyyəli fundamental tətbiqi işlər, həm də təhsil proqramları yerinə yetirilir. Onun sözlərinə görə, layihənin uğurlu tərəflərindən biri də həmin tələbələrin doktoranturaya qəbul edilmələri, Azərbaycan və Avropa universitetlərindən ikili rəhbər məsələsinə razılıq əldə edilməsidir.
Onu da qeyd edək ki, tədbirdə "AzEcolab" özəl şirkətinin rəhbəri Bəhruz Süleymanov, İlham Hümbətov, İtaliya, Fransa və Yunanıstan universitetlərinin professorları, respublikanın ali məktəblərinin aparıcı alimləri və digər sahələrdə çalışan mütəxəssislər, doktorantlar, magistrlər iştirak ediblər.
Həqiqət İSABALAYEVA
“Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi” konfransı keçirilib
Bakı Dövlət Universitetində (BDU) "Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi" adlı TEMPUS ECONANO layihəsinin yerinə yetirilməsi ilə əlaqədar Avropa və Azərbaycan alimlərinin birgə konfransı olub.Konfransı açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan təhsil sisteminə çox böyük töhfə verən layihənin əhəmiyyətindən danışıb və İtaliya, Fransa və Yunanıstanın aparıcı universitetləri ilə Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat, Qafqaz universitetlərinin, o cümlədən "AzEcolab" özəl şirkəti və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yerinə yetirildiyini bildirib. BDU-dan bildirilib ki, rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu layihəyə böyük dəyər verdiyini qeyd edib.
Layihə ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas və İtaliyanın Azərbaycandakı səfir müavini Campaolo Kutillo çıxış ediblər. ECONANO layihəsinin rəhbəri, professor Luka Di Palma çıxış edərək layihənin qarşıya qoyduğu problemlərdən, bu istiqamətdə görülən işlərdən bəhs edib. Qeyd edib ki, layihə yerinə yetirildiyi müddət ərzində bir sıra uğurlara imza atıb. Belə ki, Azərbaycan universitetlərinin 12 magistrantı üç ay müddətində BDU-da Avropa və Azərbaycan professorlarının mühazirələrini dinləyib, 2015-ci ildə fevral-may ayları ərzində Avropa universitetlərində dissertasiya işlərini tamamlayıb, 2015-ci ilin iyul ayında BDU-da Beynəlxalq komissiya qarşısında ingilis dilində müdafiə ediblər.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin professoru Məhəmmədəli Ramazanov isə bildirib ki, BDU-da nanotexnologiya sahəsində həm yüksəksəviyyəli fundamental tətbiqi işlər, həm də təhsil proqramları yerinə yetirilir. Onun sözlərinə görə, layihənin uğurlu tərəflərindən biri də həmin tələbələrin doktoranturaya qəbul edilmələri, Azərbaycan və Avropa universitetlərindən ikili rəhbər məsələsinə razılıq əldə edilməsidir.
Onu da qeyd edək ki, tədbirdə "AzEcolab" özəl şirkətinin rəhbəri Bəhruz Süleymanov, İlham Hümbətov, İtaliya, Fransa və Yunanıstan universitetlərinin professorları, respublikanın ali məktəblərinin aparıcı alimləri və digər sahələrdə çalışan mütəxəssislər, doktorantlar, magistrlər iştirak ediblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 525
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır