Tarix:16/09/11
Nəticə ekspertlərin proqnozlarından da aşağı olub, bu isə “RİM” şirkətinin səhm məzənnəsinə bir andaca təsir edib. Nəticələrin elanından 1 saat sonra “RİM” şirkətinin səhm məzənnəsi 20%-ə düşüb.
Hesabat rübündə şirkət təxminən 200 000 “PlayBook” planşeti satıb. Analitiklər isə satış həcminin 550 000 planşet olacağını proqnozlaşdırmışdılar.
Satılmış “BlackBerry” smartfonlarının sayı da azalıb. İkinci rübdə onların sayı 10.6 milyon olub. Bu göstərici isə proqnozlardan 1 milyon aşağı olub.
"Bütövlükdə, tədarüklər proqnozlardan aşağı olub. Yeni qurğuların satışları kifayət qədər zəif olub, həmçinin, əvvəlki smartfonların satışları daim aşağı düşür" – “Royal Bank of Canada”nın analitiki Mayk Abramski bildirib.
“RİM” şirkətinin rəhbəri Cim Balsilli rüblük nəticələr ilə bağlı şərhində, həmçinin, təsdiqləyib ki, “BlackBerry” smartfonlarının faktiki satışları proqnozlardan aşağı olub.
Onun sözlərinə görə, şirkət yaxınlarda çıxarılacaq yeni smartfonlara ümid edir, onlar ən yeni “BlackBerry OS 7” mobil əməliyyat sistemi əsasında işləyəcəklər.
Balsilli qeyd edib ki, şirkət əvvəlki kimi Kanada və ABŞ-da çox güclü mövqeyə malikdir, belə vəziyyət isə şirkətə “Apple iPhone” qurğuları və “Google Android” əsasında olan smartfonlarla uğurla rəqabət aparmağa imkan yaradır. O, eyni zamanda təsdiq edib ki, şirkətin bazar payı ABŞ-da da aşağı düşür.
”RİM” şirkəti ikinci maliyyə rübündə 4,2 milyard dollar səviyyəsində satışlar edib, bu göstərici isə əvvəlki rübdən 15% aşağıdır. Şirkətin xalis gəliri 329 milyon dollar və ya səhmə görə 63 sent təşkil edib.
“BlackBerry” istehsalçısı rəqiblərinə uduzur
“BlackBerry” qurğuları və “PlayBook” planşetlərinin istehsalçısı Kanada şirkəti “Research in Motion” bazardakı mövqeyinə görə “Apple” və “Google” şirkətlərinə açıq-aydın uduzmağa başlayıb. Hal-hazırda şirkət ikinci rüb üzrə maliyyə nəticələrini dərc edib.Nəticə ekspertlərin proqnozlarından da aşağı olub, bu isə “RİM” şirkətinin səhm məzənnəsinə bir andaca təsir edib. Nəticələrin elanından 1 saat sonra “RİM” şirkətinin səhm məzənnəsi 20%-ə düşüb.
Hesabat rübündə şirkət təxminən 200 000 “PlayBook” planşeti satıb. Analitiklər isə satış həcminin 550 000 planşet olacağını proqnozlaşdırmışdılar.
Satılmış “BlackBerry” smartfonlarının sayı da azalıb. İkinci rübdə onların sayı 10.6 milyon olub. Bu göstərici isə proqnozlardan 1 milyon aşağı olub.
"Bütövlükdə, tədarüklər proqnozlardan aşağı olub. Yeni qurğuların satışları kifayət qədər zəif olub, həmçinin, əvvəlki smartfonların satışları daim aşağı düşür" – “Royal Bank of Canada”nın analitiki Mayk Abramski bildirib.
“RİM” şirkətinin rəhbəri Cim Balsilli rüblük nəticələr ilə bağlı şərhində, həmçinin, təsdiqləyib ki, “BlackBerry” smartfonlarının faktiki satışları proqnozlardan aşağı olub.
Onun sözlərinə görə, şirkət yaxınlarda çıxarılacaq yeni smartfonlara ümid edir, onlar ən yeni “BlackBerry OS 7” mobil əməliyyat sistemi əsasında işləyəcəklər.
Balsilli qeyd edib ki, şirkət əvvəlki kimi Kanada və ABŞ-da çox güclü mövqeyə malikdir, belə vəziyyət isə şirkətə “Apple iPhone” qurğuları və “Google Android” əsasında olan smartfonlarla uğurla rəqabət aparmağa imkan yaradır. O, eyni zamanda təsdiq edib ki, şirkətin bazar payı ABŞ-da da aşağı düşür.
”RİM” şirkəti ikinci maliyyə rübündə 4,2 milyard dollar səviyyəsində satışlar edib, bu göstərici isə əvvəlki rübdən 15% aşağıdır. Şirkətin xalis gəliri 329 milyon dollar və ya səhmə görə 63 sent təşkil edib.
Baxış sayı: 984
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır