Tarix:13/11/15
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, «CERN»-in alimi Tim Berners-Li 12 noyabr 1990-cı il tarixində «World Wide Web» texnologiyasının hipermətn layihəsini elmi instituta təqdim edib. Sözügedən layihə sənədlərdə hipermətn mexanizmindən istifadə edərək təşkilatın əməkdaşları arasında məlumat mübadiləsinə imkan verib.
«WWW» hipermətn texnologiyası o qədər populyarlaşdı ki, çox vaxt onu ümumdünya şəbəkəsi ilə səhv salırdılar. «WWW»-nin yaranmasına kimi qlobal şəbəkədə kompüterlər arasında əlaqə yaratmaq mümkün idi, amma hipermətn texnologiyasının istifadəyə verilməsi interneti adi istifadəçilər üçün əlçatan edib: komandalarla işləyən terminalla müqayisədə hipermətnli sənədlərlə işləmək daha sadədir.
İlk brauzer (ilk əvvəl «WorldWideWeb» adlanıb, amma sonralar qarışıqlıq olmasın deyə «Nexus» adına dəyişdirilib) ən zəif kompüterlərdə də işləyirdi. 25 il əvvəl müəyyənləşdirilmiş prinsiplər kiçik dəyişikliklərə məruz qalıb. Məsələn, müasir brauzerlərin istifadəçiləri veb səhifələrin məzmununu redaktə edə və dəyişdirə bilməz.
Tim Berners-Li internet üçün ilk proqram təminatını 1988-1990-cı illərdə Stiv Cobs tərəfindən təsis edilmiş eyniadlı şirkətin «NeXT» kompüterində hazırlayıb. Bu fərdi kompüter öz zamanına görə qabaqcıl olsa da, lakin kommersiya uğuru əldə etməyib.
2014-cü ilin nəticəsinə görə, dünyada 2,8 milyard internet istifadəçisi var. Bu, planetin əhalisinin 39 faizi deməkdir. Müqayisə üçün, 1995-ci ildə bu göstərici 35 milyon istifadəçi olub. Həm də ötən il Asiyada internetin nüfuzetmə səviyyəsi 28 faiz təşkil edib. Növbəti pillələrdə 19 faiz paya sahib ABŞ, digər ölkələr (21 faiz) və Avropa (10 faiz) qərarlaşıb. Ötən əsrin 90-cı illərinin ortalarında ABŞ-da bu göstərici 61 faiz idi.
Emil Hüseynov
25 il əvvəl “Ümumdünya Hörümçək Toru” yaradılıb
25 il əvvəl internetin əsas texnologiyalarından sayılan «World Wide Web» («WWW», Ümumdünya Hörümçək Toru) istifadəyə verilib. «World Wide Web» təşkilatının saytında 1990-cı ildə hipermətn layihəsinin dərci haqda məlumat verilir.«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, «CERN»-in alimi Tim Berners-Li 12 noyabr 1990-cı il tarixində «World Wide Web» texnologiyasının hipermətn layihəsini elmi instituta təqdim edib. Sözügedən layihə sənədlərdə hipermətn mexanizmindən istifadə edərək təşkilatın əməkdaşları arasında məlumat mübadiləsinə imkan verib.
«WWW» hipermətn texnologiyası o qədər populyarlaşdı ki, çox vaxt onu ümumdünya şəbəkəsi ilə səhv salırdılar. «WWW»-nin yaranmasına kimi qlobal şəbəkədə kompüterlər arasında əlaqə yaratmaq mümkün idi, amma hipermətn texnologiyasının istifadəyə verilməsi interneti adi istifadəçilər üçün əlçatan edib: komandalarla işləyən terminalla müqayisədə hipermətnli sənədlərlə işləmək daha sadədir.
İlk brauzer (ilk əvvəl «WorldWideWeb» adlanıb, amma sonralar qarışıqlıq olmasın deyə «Nexus» adına dəyişdirilib) ən zəif kompüterlərdə də işləyirdi. 25 il əvvəl müəyyənləşdirilmiş prinsiplər kiçik dəyişikliklərə məruz qalıb. Məsələn, müasir brauzerlərin istifadəçiləri veb səhifələrin məzmununu redaktə edə və dəyişdirə bilməz.
Tim Berners-Li internet üçün ilk proqram təminatını 1988-1990-cı illərdə Stiv Cobs tərəfindən təsis edilmiş eyniadlı şirkətin «NeXT» kompüterində hazırlayıb. Bu fərdi kompüter öz zamanına görə qabaqcıl olsa da, lakin kommersiya uğuru əldə etməyib.
2014-cü ilin nəticəsinə görə, dünyada 2,8 milyard internet istifadəçisi var. Bu, planetin əhalisinin 39 faizi deməkdir. Müqayisə üçün, 1995-ci ildə bu göstərici 35 milyon istifadəçi olub. Həm də ötən il Asiyada internetin nüfuzetmə səviyyəsi 28 faiz təşkil edib. Növbəti pillələrdə 19 faiz paya sahib ABŞ, digər ölkələr (21 faiz) və Avropa (10 faiz) qərarlaşıb. Ötən əsrin 90-cı illərinin ortalarında ABŞ-da bu göstərici 61 faiz idi.
Emil Hüseynov
Baxış sayı: 3610
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib