12px13px15px17px
Tarix:13/11/15

“Microsoft” avropalıların fərdi məlumatlarını Avropa İttifaqındakı serverlərdə yerləşdirəcək

“Microsoft” 2016-cı ilin ikinci yarısından korporasiyanın Avropa istifadəçilərinin fərdi məlumatlarını Almaniya və Böyük Britaniyada yerləşən serverlərdə saxlaya biləcəklərini bəyan edib.  
 
Qeyd olunur ki, burada ABŞ xüsusi xidmət orqanlarının fərdi məlumatlardan istifadə etmək imkanı olmayacaq.  
 
Məlumata görə, Avropa istifadəçiləri haqqında informasiya “T-Systems” şirkətinin (Almaniyanın “Deutsche Telekom AG” telekommunikasiya qrupunun törəmə şirkəti) iki məlumat emalı mərkəzində saxlanılacaq. “Microsoft” bu məlumatlara yalnız konkret istifadəçinin və ya “T-Systems” şirkətinin icazəsi ilə baxa biləcək.
 
Bundan başqa, ABŞ korporasiyası London yaxınlığında məlumat emalı mərkəzini istifadəyə verməyi planlaşdırır. Analitiklərin fikrincə, bu, korporasiyaya Britaniya paytaxtında fəaliyyət göstərən maliyyə şirkətlərindən yeni müştərilər cəlb etməyə imkan verəcək. Artıq “Microsoft”un “bulud” servislərinin müştəriləri sırasına “Marks & Spencer Group” və “Virgin Atlantic Airways Ltd” kimi şirkətlər daxildir.
 
Oktyabrda Avropa İttifaqının yuxarı instansiya məhkəməsi olan Avropa Məhkəməsi Aİ tənzimləyici orqanlarının informasiyanın ABŞ ərazisində yerləşən serverlərə ötürülməsini qadağan etmək hüququna malik olması ilə bağlı qərar çıxarıb. Buna səbəb kimi ABŞ şirkətlərinin fərdi məlumatların, o cümlədən xüsusi xidmət orqanları əməkdaşlarının fərdi məlumatlarının mühafizəsini lazımi səviyyədə təmin edə bilməməsi göstərilib. Avropa və ABŞ şirkətləri istifadəçilərin fərdi məlumatlarını 2000-ci ildən "Safe Harbor” sazişi əsasında müstəqil mübadilə edirlər.

 
Qəbul edilən qərardan sonra Almaniyanın tənzimləyici orqanları gələcəkdə məlumatların ABŞ-a ötürülməsinə icazə verməyəcəklərini bildiriblər.
 

“Bitkom” şirkəti tərəfindən aparılan sorğudan məlum olub ki, Almaniya şirkətlərinin 83 faizi “bulud” məlumatlarını ölkə ərazisində yerləşən məlumat emalı mərkəzlərində saxlamaq niyyətindədir, - "Interfax” yazır.



Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024