Tarix:13/11/15
“ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinə istinadən verdiyi məlumata əsasən, tədbir çərçivəsində MDB ölkələrində informasiya cəmiyyətinin inkişafının perspektiv istiqamətləri müəyyən ediləcək.
Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iclasda “RRB-yə üzv ölkələrdə rəqəmli bazarın inkişafı perspektivləri haqda” və “İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupun 2016-2017-ci illərdə iş planının layihəsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbir çərçivəsində həmçinin “RRB-yə üzv ölkələrdə elektron hökumət infrastrukturunun inkişafı”, “İnternet infrastrukturunun beynəlmiləlləşdirilməsi məsələləri”, “Proqram təminatı bazarında inhisarçılığın qarşısının alınması”, “İKT-də təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq”, “İnformasiya təhlükəsizliyi sahəsində MDB-də əsas təşkilatın fəaliyyət istiqamətləri haqda” və s. mövzularda məruzələr təqdim ediləcək.
Aynur Vəliyeva
Bakıda Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası keçiriləcək
Bakıda bu il dekabrın 2-5-də keçiriləcək beynəlxalq “Bakutel 2015” sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası keçiriləcək.“ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinə istinadən verdiyi məlumata əsasən, tədbir çərçivəsində MDB ölkələrində informasiya cəmiyyətinin inkişafının perspektiv istiqamətləri müəyyən ediləcək.
Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iclasda “RRB-yə üzv ölkələrdə rəqəmli bazarın inkişafı perspektivləri haqda” və “İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupun 2016-2017-ci illərdə iş planının layihəsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbir çərçivəsində həmçinin “RRB-yə üzv ölkələrdə elektron hökumət infrastrukturunun inkişafı”, “İnternet infrastrukturunun beynəlmiləlləşdirilməsi məsələləri”, “Proqram təminatı bazarında inhisarçılığın qarşısının alınması”, “İKT-də təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq”, “İnformasiya təhlükəsizliyi sahəsində MDB-də əsas təşkilatın fəaliyyət istiqamətləri haqda” və s. mövzularda məruzələr təqdim ediləcək.
Aynur Vəliyeva
Baxış sayı: 503
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır