12px13px15px17px
Tarix:13/11/15

Ümumdünya elmi nəşrlər bazasının rusdilli versiyası istifadəyə verilib

 "Thomson Reuters" media şirkəti "Web of Science" platformasının rusdilli interfeysini istifadəyə verib.
Məlumata görə, "Web of Science" platformasından istifadə üzrə təlimat rolunu oynaya biləcək sorğu bölməsi rus dilinə tərcümə edilib.
 
"Web of Science" alim və tədqiqat təşkilatlarına tədqiqatlar aparmaq üçün dünyanın əsas elmi-tədqiqat işlərinin sitatlar bazasından istifadəyə imkan verir. Platformadan 120 ölkədə 7 min tədqiqat təşkilatı və alim yararlanır.
 
Platformanın interfeysindən həmçinin ingilis, ispan, Çin, Koreya, portuqal və yapon dillərində istifadə mümkündür.
 
"Thomson Reuters" şirkəti "Web of Science" platforması vasitəsilə əldə edilən elmi işlərdən sitatların gətirilməsi barədə məlumatlar əsasında hər il Nobel mükafatı laureatlarının proqnozunu tərtib edir, - "TASS" yazır.



Baxış sayı: 500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024