12px13px15px17px
Tarix:13/11/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərdiyi mobil cihazların e-qeydiyyatı xidmətindən istifadə sayı 12,3 faiz artıb

Oktyabr ayında elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı sentyabr ayı ilə müqayisədə 12,3 faiz artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay “Elektron hökumət” portalı üzərindən qeydiyyatdan keçirilən mobil cihazların sayı 55598 ədəd olub.
 
 Elektron qeydiyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidməti vasitəsi ilə həyata keçirilir.
 
E-xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanını verir.
 
CAHANGİR
 
 



Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024