12px13px15px17px
Tarix:14/11/15

İmpakt faktorlu jurnallarda dərc edilən məqalələrin sayının artırılması mühüm amildir

İmpakt faktorlu jurnallarda dərc edilən məqalələrin sayının artırılması mühüm amildir. Cari ildə impakt faktorlu jurnallarda 27 məqalə nəşr olunub, elmi əsərlərə olunan istinadların sayı isə 214-ə çatıb.
 
Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən illik hesabat iclasında şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev bildirib.
 
İTİ-dən qeyd edilib ki, R. Alıquliyev  rəhbərlik etdiyi şöbənin cari il üçün hesabatını təqdim edib. R.Alıquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində 10 mövzu üzrə tədqiqatların aparıldığını söyləyib. Onun sözlərinə görə, mətnlərin avtomatik referatlaşdırılması üçün metod və alqoritmlər işlənilmiş, neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyaları tədqiq edilmiş, plagiatlıq və onunla mübarizə problemləri araşdırılıb.
 
Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən danışıb. Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyalarının tədqiqi”, AR Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Elektron elm və onun funksional alt sistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” və “Plagiatlıqla mübarizə texnologiyalarının elmi-nəzəri və texnoloji əsaslarının işlənilməsi” qrant layihələri haqqında məlumat verib. Bu layihələr üzrə bir sıra mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
 
 
Həmçinin hesabat ili ərzində nüfuzlu jurnal və konfranslardan 100-dən çox məqalə göndərildiyini və bu məqalələrə rəylərin hazırlandığını, jurnalların redaksiya heyətinə və beynəlxalq konfransların təşkilat və proqram komitəsinə üzvlüyün əldə olunduğunu bildirib.
 
Məruzəçi şöbə əməkdaşlarının impakt faktorlu jurnallarda dərc olunmuş məqalələri haqqında da məlumat verib. R.Alıquliyev beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və davamlı inkişafı istiqamətində görülmüş işlərdən də söz açıb. Avstraliya Federasiya Universiteti və Malaya Universiteti (Malayziya) ilə elmi əməkdaşlıq çərçivəsində məqalələrin hazırlandığını və bu əlaqələrin uğurla davam etdirildiyini qeyd edib. Cenevrə Universiteti (İsveçrə), Azad İslam Universiteti (İran) və Mançester Şəhər Universiteti (Böyük Britaniya) ilə əlaqələrin qurulduğunu vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024