12px13px15px17px
Tarix:16/11/15

O, planetin ən zəngin insanıdır

«Amazon»un kotirovkalarının kəskin yüksəlişi nəticəsində adı çəkilən şirkətin direktoru Ceff Bezos indi planetin ən zəngin insanları üzrə reytinqdə 4-cü pilləni tutur.
 
«Bloomberg» agentliyi hər gün sahibkarlara məxsus aktivlərin qiymətləndirilməsinə əsasən yenilənən öz milyarderlər («Bloomberg Billionaires Index») indeksinə istinadən yazır ki, 51 yaşlı Ceff Bezos planetin ən zəngin insanlarının reytinqində 4-cü pillədə qərarlaşıb.
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, hazırda Ceff Bezosun varidatı 58,2 milyard dollar təşkil edir.
 
«Amazon» şirkətinin «bulud» bazarında uğuru 2015-ci ildə Bezosun varidatının 103,5 faiz və ya 29,6 milyard dollar artımına səbəb olub ki, bu da «Bloomberg Billionaires Index» reytinqində yer alan 400 iştirakçı arasında ən yüksək artımdır.
 
Hazırda Ceff Bezos Meksikanın telekommunikasiya maqnatı Karlos Slimdən zəngindir. Cari ildə sonuncunun varidatı 15,4 milyard dollar azalaraq 57,2 milyard dollar təşkil edib. 2013-cü ilin mayında Slim planetin ən zəngin insanı olub, indi o, bu göstərici üzrə 5-ci pilləni tutur.
Reytinqin ilk pilləsində «Microsoft» şirkətinin qurucusu Bill Qeyts qərarlaşıb. «Bloomberg» onun varidatını 85 milyard dollar məbləğində qiymətləndirir.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024