Tarix:17/11/15
Müşavirədə Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib.
RYTN-in birlik və müəssisələrinin video-bağlantı ilə qoşulduğu müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsini diqqətə çatdırıb.
O qeyd edib ki, rabitə və yüksək texnologiyalar sahəsi ölkə iqtisadiyyatında və cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir, eyni zamanda ölkəmizin davamlı inkişafı üçün prioritet sahələrdəndir.
Bildirib ki, Azərbaycanda müasir və müstəqil rabitə sisteminin əsasları, həmçinin bugünkü inkişafının təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
İ.Məmmədov uzun bir inkişaf yolu keçən rabitə sahəsinin inkişaf perspektivlərinin Ulu öndərin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ilə müəyyənləşdirildiyini, məhz bu illər ərzində İKT sahəsinə dövlət tərəfindən böyük diqqət və xüsusi qayğı göstərilərək, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyətin həyata keçirildiyini qeyd edib.
Bu gün rabitə sahəsində həyata keçirilən texniki siyasət sözügedən strategiyanın tətbiqi ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı işlərin nəticələrinə əsaslanır, həmçinin Ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramlarında öz əksini tapır. Məhz ölkə başçısının dəstəyi və qayğısı, bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar və dövlət proqramları sayəsində son illərdə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində mühüm işlər görülüb, yüksək nəticələr əldə edilib. Bu sahədəki nailiyyətlər, ölkəmizin qazandığı uğurlar beynəlxalq miqyasda da reytinq cədvəllərində layiqli yerlərini tutublar.
Azərbaycan Respublikasının Prezidentinin şəxsi diqqəti və rəhbərliyi ilə həyata keçirilmiş fəaliyyət sayəsində dünyanın kosmik klubunda öz layiqli yerini tutan, kosmik sənaye sahəsində inamla irəliləyən və bu sahədə xüsusi nailiyyətlərə imza atan Azərbaycan bu gün artıq "Azerspace-1"- telekommunikasiya və "Azersky" - Yer səthinin məsafədən müşahidə peykinə malikdir, eyni zamanda növbəti illər üçün peyk layihələrinin icrasını davam etdirir.
Bu gün də cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatını yüksək səviyyədə təmin etmək üçün dünya təcrübəsi əsaslı şəkildə öyrənilir, sahə üzrə ən müasir yeniliklərin ölkədə tətbiqi imkanları dərindən araşdırılır. Bununla belə, rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq, RYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparıldığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi bildirilib. Baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.
Müzakirələr zamanı Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Rabitə İşçiləri Veteranlar Şurasının sədri İsfəndiyar İbrahimli və Bərdədən ağsaqqal rabitəçi Vahid Şərifov çıxış ediblər. Çıxışlarda bütün rabitəçilərin – Həmkarlar İttifaqının və Yeni Azərbaycan Partiyasının üzvləri, gəncdən ağsaqqalınadək, fəhləsindən rəhbərinədək hər bir rabitəçinin Respublika Prezidenti ətrafında daha sıx birləşərək ölkə başçısı tərəfindən uzun illər bu sahəyə göstərilən etimadı doğrultmaq üçün daha da əzmlə çalışacaqları bildirilib.
Müşavirənin sonunda İ.Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib. Eyni zamanda qarşıdan 6 dekabr - rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı, 2-5 dekabr - 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı "Bakutel2015" kimi əlamətdar günlərin yaxınlaşdığı bildirilib və 20 noyabr - 20 dekabr tarixlərində "Yüksək xidmət aylığı"nın keçiriləcəyi və bütün rabitə birlik və müəssisələrində xüsusi iş rejimində çalışacaqları nəzərə çatdırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavirə keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib.Müşavirədə Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib.

Baxış sayı: 1918
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı