12px13px15px17px
Tarix:17/11/15

“LTE” abunəçilərinin sayı 1 milyarda çata bilər

Bu ilin sonunadək dünyada “LTE” texnologiyasından istifadə edən mobil abunəçilərin sayı dörddə bir dəfə artacaq. Bu barədə “Digitimes Research” analitik şirkətinin proqnozunda deyilir.
 

2015-ci il iyunun sonunda dünyada “LTE” rabitə xidməti istifadəçilərinin sayı 755 milyon abunəçi təşkil edib. Dekabrın sonunda bu rəqəmin 945 milyon nəfər, 2016-cı ildə 1,47 milyard nəfərədək artacağı gözlənilir.  

 
Beləliklə, “LTE” abunəçilərinin sayı tezliklə 1 milyarda çata bilər. Bu, altı il əvvəl ilk “LTE” şəbəkəsi kommersiya istifadəyə verildikdən sonra baş verəcək. Müqayisə üçün qeyd edək ki, 1 milyard “2G” texnologiyası istifadəçi sayına 12 il, “3G” texnologiyası istifadəçi sayına 9 il ərzində nail olunub.  

 
Hazırda dördüncü nəsil rabitə şəbəkəsi 143 ölkədə qurulub və 422 “LTE” operatoru tərəfindən idarə olunur. “Digitimes Research” şirkətinin proqnozuna görə, bu il “LTE” abunəçilərinin yarıdan çoxu Asiya-Sakit okean regionunun payına düşəcək, Şimali Amerikanın payı təxminən 25 faiz təşkil edəcək.

 
Bu gün operatorlar istifadəsi 45 ölkənin 88 operatorunda mümkün olan "LTE-Advanced” servislərini inkişaf etdirirlər. Dünyada “LTE” qurğularının üçdə bir hissəsi məlumatları 150 Mbit/saniyə sürətində ötürməyə imkan verən “LTE Cat.4” standartını dəstəkləyir, - “DailyCommyazır.   
 
 



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024