12px13px15px17px
Tarix:17/11/15

Yaponiyada Beynəlxalq Telekommunikasiya İttifaqının statistik göstəricilər üzrə simpoziumu keçiriləcək

Yaponiyanın Xirosima şəhərində noyabrın 30-dan dekabrın 2-dək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) elektrorabitə/İKT sahəsində ümumdünya göstəriciləri üzrə illik simpoziumu (WTIS) keçiriləcək.

Tədbirdə hökumət nazirləri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində iqtisadi inkişaf və siyasət üzrə aparıcı mütəxəssislərin bir araya gələrək İKT-dən sosial-iqtisadi inkişaf məqsədilə istifadə strategiyasını müzakirə edəcəkləri gözlənilir. Bu barədə BTİ-nin məlumatında deyilir.
 
Yaponiya hökumətinin dəvəti ilə BTİ tərəfindən təşkil olunan konfransda 400-ə yaxın yüksəkvəzifəli rəsmi şəxsin, qlobal ekspert və analitikin, o cümlədən hökumət nazir və müavinlərinin iştirakı nəzərdə tutulur.
 
Simpoziumda irihəcmli məlumatlar, İKT-nin sosial-iqtisadi təsirinin ölçülməsində tərəqqi, İKT üzrə statistik məlumatlar və dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaq üçün monitorinqin əsasları, İKT sahəsində innovasiyaların ölçülməsi üzrə strategiya, eləcə də İKT-nin inkişafı naminə "Əşyalar interneti" ilə generasiya olunan məlumatlardan istifadəyə aid geniş aktual problemlər müzakirə ediləcək.
 
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
 
 



Baxış sayı: 257

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 İyun 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si

04 06 2020

04/06/20
“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

“Falcon 9” raketdaşıyıcısı “Starlink” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada