12px13px15px17px
Tarix:17/11/15

«Ericsson»: Genişzolaqlı mobil internetə qoşulmaların sayı 25 faiz artıb

«Ericsson» şirkətinin hesabatına əsasən, 2015-ci ilin üçüncü rübündə genişzolaqlı mobil internetə qoşulmaların sayı 160 milyon artıb.
 
 
Analitiklərin məlumatına görə, hər saniyə mobil internetə 20 yeni qoşulma qeydə alınır.
 
 
Həmçinin ötürülən məlumatların həcmi artır: cari ilin üçüncü rübündə mobil trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz artıb. 2015-ci ilin sonuna kimi mobil rabitə şəbəkələrində trafikin həcmi 50 ekzabayta (EB) yaxınlaşacaq. 2021-ci ildə 10 dəfədən çox artaraq 540 EB təşkil edəcək.
 
 
Abunəçilər video formatına böyük üstünlük verir və bu tendensiya yaxın illərdə dəyişməz qalacaq: «Ericsson» şirkətinin proqnozuna görə, 2021-ci ilə ümumi mobil trafik həcmində videonun payı 70 faizə yaxınlaşacaq.
 
 
«LTE» mobil internetin ən populyar texnologiyasıdır, 2015-ci ilin üçüncü rübündə bu seqmentdə qoşulmaların dünya sayı 120 milyon artaraq 850 milyona yaxınlaşıb. 2015-ci ildə «LTE» texnologiyası üzrə bütün qoşulmaların 35 faizi Çinin payına düşəcək və 2021-ci ilə bu göstərici 1,2 milyarda çatacaq. Beləliklə, Çin «LTE» qoşulmaların sayına görə dünyada ən böyük bazara çevriləcək.
 
 
2020-ci ilə ilk «5G» kommersiya şəbəkəsinin istismara veriləcəyi təxmin edilir və 2021-ci ilə beşinci nəsil şəbəkəsinə qoşulmaların sayı 150 milyon təşkil edəcək.
 
 
2021-ci ilə planetin əhalisinin 90 faizi mobil internet şəbəkəsinin əhatə dairəsində yaşayacaq.
 
 
Yaxın illərdə internetə qoşulmuş «M2M» qurğuların sayı ildə 25 faiz artacaq. Ümumilikdə 2021-ci ilə 28 milyard qurğu internetə qoşulacaq ki, onların 15 milyardını «M2M» qurğular və istehlak elektronikası təşkil edəcək.
 
 
Emil Hüseynov



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024