Tarix:17/11/15
Müsabiqədə ən yaxşı "mis", "optik kabel calayıcısı" və "xətt qurğuları montyoru" adını qazanmaq üçün iştirakçılar öz bilik və bacarıqlarını sınayıblar.
Rabitə və yüksək texnologiyalar naziri vəzifəsini icra edən İltimas Məmmədov yarışın gedişatını izləyib, iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasimində çıxış edən RYTN-in İnfrastrukturun inkişafı şöbəsi, Poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, işçilər arasında peşəkarların müəyyənləşdirilməsi, rəqabətin gücləndirilməsi ümumi işə müsbət təsir edir. Bu müsabiqənin ənənəvi olaraq təşkil edildiyini vurğulayan N.Məmmədov qeyd edib ki, qaydalara görə, əvvəllər yarışlarda iştirak edənlər və "rabitə ustası" fəxri adını alanlar sınağa qatıla bilməzlər. Onun sözlərinə görə, müsabiqədə RYTN-in bütün ölkə üzrə tabeli qurumlarının əməkdaşları iştirak edir.
Tədbirdə qeyd edilib ki, yarışlar 2 mərhələdə keçirilir. Birinci mərhələdə iştirakçılar test sualları əsasında öz biliklərini nümayiş etdirirlər. Belə ki, hər bir iştirakçı ona verilən 30 sualı yarım saat ərzində cavablandırmalıdır.
İkinci mərhələdə isə praktiki suallar əsasında görülən işin nəticəsi, onun keyfiyyəti, düzgünlüyü üzrə qiymətləndirmələr aparılacaq.
Ümumi yekun bal çıxarmaqla ümumrespublika üzrə ən yaxşı peşəkar rabitəçilər arasında I, II, III yerlər müəyyənləşdirilir. Bir qayda olaraq I yerə layiq görülən insanlara "rabitə ustası" fəxri adı və pul mükafatı verilir.
II və III yerin sahiblərinə isə pul mükafatı və diplomlar təqdim edilir.
Məlumat üçün bildirək ki, sözügedən yarışların keçirilməsi ilə əlaqədar peşəkar kadrlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin üzvləri də istər test suallarının hazırlanmasında, istərsə də praktik tapşırıqların seçimində iştirak ediblər.
Yekunda da münsiflər heyətinin ümumi rəyi ilə qiymətləndirmələr aparılaraq nəticələr müəyyənləşdiriləcək.
Seymur Qasımbəyli
Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum olacaq
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən müsabiqə-yarış keçirilib.Müsabiqədə ən yaxşı "mis", "optik kabel calayıcısı" və "xətt qurğuları montyoru" adını qazanmaq üçün iştirakçılar öz bilik və bacarıqlarını sınayıblar.
Rabitə və yüksək texnologiyalar naziri vəzifəsini icra edən İltimas Məmmədov yarışın gedişatını izləyib, iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasimində çıxış edən RYTN-in İnfrastrukturun inkişafı şöbəsi, Poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, işçilər arasında peşəkarların müəyyənləşdirilməsi, rəqabətin gücləndirilməsi ümumi işə müsbət təsir edir. Bu müsabiqənin ənənəvi olaraq təşkil edildiyini vurğulayan N.Məmmədov qeyd edib ki, qaydalara görə, əvvəllər yarışlarda iştirak edənlər və "rabitə ustası" fəxri adını alanlar sınağa qatıla bilməzlər. Onun sözlərinə görə, müsabiqədə RYTN-in bütün ölkə üzrə tabeli qurumlarının əməkdaşları iştirak edir.
Tədbirdə qeyd edilib ki, yarışlar 2 mərhələdə keçirilir. Birinci mərhələdə iştirakçılar test sualları əsasında öz biliklərini nümayiş etdirirlər. Belə ki, hər bir iştirakçı ona verilən 30 sualı yarım saat ərzində cavablandırmalıdır.
İkinci mərhələdə isə praktiki suallar əsasında görülən işin nəticəsi, onun keyfiyyəti, düzgünlüyü üzrə qiymətləndirmələr aparılacaq.
Ümumi yekun bal çıxarmaqla ümumrespublika üzrə ən yaxşı peşəkar rabitəçilər arasında I, II, III yerlər müəyyənləşdirilir. Bir qayda olaraq I yerə layiq görülən insanlara "rabitə ustası" fəxri adı və pul mükafatı verilir.
II və III yerin sahiblərinə isə pul mükafatı və diplomlar təqdim edilir.
Məlumat üçün bildirək ki, sözügedən yarışların keçirilməsi ilə əlaqədar peşəkar kadrlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin üzvləri də istər test suallarının hazırlanmasında, istərsə də praktik tapşırıqların seçimində iştirak ediblər.
Yekunda da münsiflər heyətinin ümumi rəyi ilə qiymətləndirmələr aparılaraq nəticələr müəyyənləşdiriləcək.
Seymur Qasımbəyli
Baxış sayı: 2131
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı