Tarix:18/11/15
Məlumatda bildirilir ki, sözügedən layihə sənədini Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Təşkilatın Azərbaycandakı nümayəndəsi Mustafa İmir imzalayıb.
Növbəti iki il altı ay ərzində həyata keçiriləcək layihənin məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemlər üçün fitosanitar nəzarətin lazımi səviyyədə inkişaf etdirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasından ibarətdir.
Bundan əlavə, layihənin 3 əsas komponenti vardır. Belə ki, layihə çərçivəsində idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazasının yaradılması və ixracın sertifikatlaşdırılması üçün lazımi qaydaların hazırlanmasının dəstəklənməsi ilə Azərbaycanda fitosanitar karantin baxışının və ixrac sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. Üstəlik, sərhəd məntəqələrində müfəttişlik və zərərvericilərin risk analizi sahəsində milli potensialın artırılması, bu sahədə prioritet qaydaların hazırlanması vasitəsilə idxal tənzimləmə sisteminin idarəedilməsinin təkmilləşdirilməsi də layihənin məqsədlərinə daxildir.
SEYMUR
Azərbaycanda idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazası yaradılacaq
Bakıda Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi imzalanıb. Bu barədə “ICTnews.az”a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilir ki, sözügedən layihə sənədini Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Təşkilatın Azərbaycandakı nümayəndəsi Mustafa İmir imzalayıb.
Növbəti iki il altı ay ərzində həyata keçiriləcək layihənin məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemlər üçün fitosanitar nəzarətin lazımi səviyyədə inkişaf etdirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasından ibarətdir.
Bundan əlavə, layihənin 3 əsas komponenti vardır. Belə ki, layihə çərçivəsində idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazasının yaradılması və ixracın sertifikatlaşdırılması üçün lazımi qaydaların hazırlanmasının dəstəklənməsi ilə Azərbaycanda fitosanitar karantin baxışının və ixrac sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. Üstəlik, sərhəd məntəqələrində müfəttişlik və zərərvericilərin risk analizi sahəsində milli potensialın artırılması, bu sahədə prioritet qaydaların hazırlanması vasitəsilə idxal tənzimləmə sisteminin idarəedilməsinin təkmilləşdirilməsi də layihənin məqsədlərinə daxildir.
SEYMUR
Baxış sayı: 480
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır