Tarix:18/11/15
“ICTnews.az” bildirir ki, bununla bağlı Mərkəzi Bank (MB) məlumat yayıb. MB-dən verilən açıqlamaya görə, Data Mərkəzdə baş vermiş texniki qəza bankların milli valyutada aparılan hesablaşmalarına təsir etməyib.
“Bir sıra kütləvi informasiya vasitələrində 16 noyabr 2015-ci il tarixində ölkənin internet şəbəkəsində baş verən problemin banklararası hesablaşmalara təsir etməsi ilə bağlı informasiya yayılıb. Mərkəzi Bank olaraq bildiririk ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib, yəni Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib” - deyə qeyd olunduğu açıqlamada vurğulanır ki, bunun nəticəsində internet şəbəkəsində problemin yaranmasına və bankların “SWIFT” platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.
SEYMUR
Mərkəzi Bank: “İnternet xidmətində yaranan qırılmalar bankların gündəlik fəaliyyətlərini davam etdirməyə heç bir təsir göstərmir”
Azərbaycanda fəaliyyət göstərən bankların lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib. Bu səbəbdən də internet xidmətində yaranan və bundan sonra yarana biləcək qırılmalar bankların gündəlik fəaliyyətlərini davam etdirməyə heç bir təsir göstərmir.“ICTnews.az” bildirir ki, bununla bağlı Mərkəzi Bank (MB) məlumat yayıb. MB-dən verilən açıqlamaya görə, Data Mərkəzdə baş vermiş texniki qəza bankların milli valyutada aparılan hesablaşmalarına təsir etməyib.
“Bir sıra kütləvi informasiya vasitələrində 16 noyabr 2015-ci il tarixində ölkənin internet şəbəkəsində baş verən problemin banklararası hesablaşmalara təsir etməsi ilə bağlı informasiya yayılıb. Mərkəzi Bank olaraq bildiririk ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib, yəni Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib” - deyə qeyd olunduğu açıqlamada vurğulanır ki, bunun nəticəsində internet şəbəkəsində problemin yaranmasına və bankların “SWIFT” platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.
SEYMUR
Baxış sayı: 1253
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib