12px13px15px17px
Tarix:18/11/15

“Elektron hökumət” portalında daha bir yenilik edilib

Şəffaflıq istiqamətində "Elektron hökumət" portalının reallaşdırdığı təşəbbüslərin sırasına bir yenilik  də əlavə olunub.
 
"ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq portal istifadəçiləri hər bir xidmət üzrə gün, həftə, ay ərzində və ümumi istifadə sayına onlayn rejimdə baxa biləcəklər.
 
Elektron xidmətlərin istifadə statistikasının açıq edilməsi  aktual istifadə olunan xidmətləri önə çəkməklə bərabər, həmçinin qurumlar arasında rəqabət mühiti formalaşdırmış olacaq.
 
CAHANGİR



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024